Şou 22.09.2025

Mazhar Alansonun xanımı Biricik Suden 62 yaşında 300 kilo qaldırdığını açıqladı

Mazhar Alansonun xanımı Biricik Suden 62 yaşında 300 kilo qaldırdığını açıqladı

Biricik Suden: "Çox insan döymüşəm"

Mazhar Alanson və Biricik Suden 2003-cü ildə ailə qurublar. Şəxsi həyatlarını ictimaiyyətdən kənar yaşayan cütlükdən moda dizayneri Suden, illərdir həftənin beş günü idmanla məşğul olur. Sosial media hesabında tez-tez idman etdiyi anları və bədən quruluşunu paylaşan Biricik Sudenə, əzələli halına görə bəzən tənqidlər ünvanlanır. Hətta bu yaxınlarda ona gələn "Biricik xanım, üzr istəyirəm, amma qollarınız 'sar məni qollarına' deyəcəyim bir kişi kimi" şərhinə belə cavab vermişdi: "Allah heç kimi bu qədər kişiyə həsrət qoymasın."

Yaşlanıram, amma qocalmıram

Biricik Suden son olaraq "Sormazsam Olmaz" adlı televiziya proqramında verdiyi açıqlamalarla gündəmə gəlib. 62 yaşlı Suden, sözlərini belə davam etdirib: "Yaşlanıram, amma qocalmıram. Hər yaş ötdükcə yaşlanırsan, amma qocalmaq hal, davranış və çökmə vəziyyətidir. Bu isə məndə baş vermir. Yeni bir şey öyrənməmək, özünə diqqət etməmək, 'bizdən keçdi' düşüncəsinə düşmək dəhşətli bir şeydir. Televiziyada gördüm, təqaüd almaq üçün növbədə gözləyənlər 'Övladım, 50 yaşlı qadınam, gözləmək çətin olur' deyir. Mən isə 62 yaşımda 300 kiloqram ağırlıq qaldırıram. 50 ildir idmanla məşğulam."

Özümü qoruya bilirəm

Döyüş idmanları ilə də məşğul olduğunu deyən məşhur sima, bir çox insanı döydüyünü açıqlayıb: "Özümü qoruya bilirəm, kaş ki, qorumaqla qalsaydı, öldürə də bilərsən. Döymək onsuz da elə də böyük iş deyil. Əzələlərimə görə 'Qadın deyilsən, kişisən' deyirlər. Düzdür, mən androgen bir tipəm. İri cüssəliyəm, hündürəm, iri əllərim və qalın səsim var. Məsələn, biz mini şort geyinirdik. Sataşanları, söz atanları, toxunmağa cəhd edənləri təkme-yumruq döyürdüm. Özümü qorumaq o gündən başladı. Çox adam döymüşəm."

24 saat

Oxucu Şərhləri

Şəbnəm Fərmanli
22.09.2025 14:39
Biricik Sudenin bu yaşda belə aktiv və güclü olması təqdirəlayiqdir. İdmanın sağlam həyat tərzinin vacib bir hissəsi olduğunu göstərir. Mazhar Alansonun da belə bir həyat yoldaşı ilə fəxr etdiyinə şübhə yoxdur.

Şərh Yaz