Şou 22.08.2025

Mehmet Ali Erbil altıncı dəfə evlənir

Mehmet Ali Erbil altıncı dəfə evlənir

Şok İddialardan Sonra Evlilik Hazırlığı: Mehmet Ali Erbil və Gülseren Ceylan Nikah Masasında

Ötən aylarda ayrıldığı məşhur Mehmet Ali Erbil haqqında Gülseren Ceylan iyrənc iddialar ortaya atmışdı. Ceylan açıqlamalarında "Qız yoldaşıma yazışdı. Evdə qulluqçuya təcavüz etdi. 'Qulluqçu ayağımı ovarkən nələrsə etdik' dedi. Mən bunu onun öz ağzından bir etiraf olaraq eşitdim və dəhşətə gəldim. Dost ortamında pul qarşılığında qumar oynayırdı" deyə bildirmişdi.

O, həmçinin Erbilin dostlarının qumar oynanılan bir gecədə gənc bir qızı çılpaq soyunduraraq əyləncə obyektinə çevirdiyini iddia etmişdi. Bu sərt açıqlamalardan sonra Mehmet Ali Erbil, Gülseren Ceylana qarşı təhqir və əmlaka ziyan vurma iddiaları ilə məhkəməyə müraciət etmiş, həmçinin onun haqqında uzaqlaşdırma qərarı çıxartdırmışdı.

Bütün bu hadisələrə baxmayaraq, bir küskün-barışıq münasibətləri ilə tez-tez gündəmə gələn Mehmet Ali Erbil (68) və Gülseren Ceylan (27) evlənir. Cütlük 28 Avqust Cümə axşamı günü evdə kəsiləcək nikahla rəsmi şəkildə həyatlarını birləşdirəcək. İddialara görə, cütlüyün nigah müqaviləsi də artıq hazırlanıb.

Mehmet Ali Erbilin Beş Uğursuz Evliliyi

Məşhur komediyaçı Mehmet Ali Erbil beş dəfə nigah masasına oturub.

O, ilk evliliyini 1980-ci ildə Muhsine Kamiloğlu ilə qurub. Bu evlilikdən onların qızı Sezin 16 aprel 1982-ci ildə dünyaya gəlib. Mehmet Ali Erbil və Muhsine xanım 1985-ci ildə boşansalar da, bir daha evləniblər. Lakin ikinci cəhd də uğursuzluqla nəticələnib.

Daha sonra Erbil, 20 avqust 1989-cu ildə Nergis Kumbasarla ailə həyatı qurub. Bu evlilikdən 2 dekabr 1995-ci ildə Yasmin adlı qızları doğulub. Bu nigah da yeddi il sonra başa çatıb.

Məşhur sənətçi dördüncü dəfə 2001-ci ildə özündən 25 yaş kiçik olan Sedef Altuntaşla evlənib. Bu evlilik isə cəmi 1,5 il davam edib.

Mehmet Ali Erbilin beşinci dəfə nigah masasına oturduğu şəxs isə özündən 22 yaş kiçik olan Tuğba Coşkun olub. 30 aprel 2005-ci ildə evlənən cütlüyün 3 iyul 2006-cı ildə Ali Sadi adlı oğlu dünyaya gəlib. Lakin onlar 2011-ci ildə boşanıblar.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz