Meral Akşener siyasi arenaya qayıdır: Meral Akşener Vəqfi rəsmən təsis edildi
Türkiyənin siyasi səhnəsində uzun illər mühüm rol oynamış Meral Akşener yeni bir təşəbbüslə diqqət mərkəzinə düşüb. İYİ Partiyanın sabiq sədri Meral Akşenerin adını daşıyan və onun ictimai-siyasi fəaliyyətini əhatə edəcək "Meral Akşener Vəqfi" rəsmi dövlət qeydiyyatından keçib.

Vəqfin yaradılması xəbəri ictimaiyyətdə geniş rezonans doğurub. Siyasi ekspertlər bu addımı Akşenerin siyasətdən tamamilə kənarlaşmadığı, əksinə, fəaliyyətini yeni bir müstəvidə davam etdirmək niyyətində olduğu kimi qiymətləndirirlər.
Qeydiyyat prosesinin yekunlaşması ilə bağlı vəqfin nizamnaməsi və qarşıdakı dövr üçün nəzərdə tutulan fəaliyyət istiqamətləri haqqında məlumatların yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacağı gözlənilir. Vəqfin əsas məqsədinin təhsil, sosial və mədəniyyət sahələrində müxtəlif layihələrə imza atmaq olduğu bildirilir.
Siyasi müşahidəçilərin fikrincə, bu təşəbbüs Akşenerin ictimai nüfuzunu qoruyub saxlamaq və ölkədə baş verən proseslərə təsir imkanlarını qorumaq üçün seçdiyi yeni bir platformadır. Vəqfin fəaliyyəti ilə bağlı növbəti addımlar və təfərrüatlar ictimaiyyət tərəfindən maraqla izlənilir.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz