Gündəm 13.08.2025

Milyarder arı sancmasından öldü: Miras davası alovlandı

Milyarder arı sancmasından öldü: Miras davası alovlandı
Hindistan əsilli amerikalı iş adamı və Sona Comstar İdarə Heyətinin sədri Sunjay Kapur iyunun 12-də İngiltərənin Uindzor şəhərində polo matçı zamanı vəfat edib. Şahidlərin sözlərinə görə, matç əsnasında arı udan Kapur qısa müddət ərzində infarkt keçirib. Rəsmi hesabatda ölüm səbəbi ventrikulyar hipertrofiya və işemik ürək xəstəliyi olaraq açıqlanıb.

Ailədaxili Mübahisə Başlayır

İngiltərə şahzadəsi Uilyamın dostu olan 53 yaşlı Sunjay Kapurun qəfil vəfatı, dəyəri 2,7 milyard funt sterlinqi (təqribən 148 milyard TL) ötən avtomobil hissələri nəhəngi Sona Comstar şirkətində miras və idarəçilik məsələsində böyük bir böhranı tətiklədi. İyunun 23-də yeni sədr təyin edildikdən sonra Kapurun anası Rani Kapur, oğlunun ölümünün “şübhəli şəraitdə” baş verdiyini iddia edərək idarə heyətinə etirazını bildirdi. Rani Kapur iyulun 24-də yazdığı məktubda, şirkətin ailənin acısından istifadə edərək “mirası qəsb etməyə çalışdığını” irəli sürdü. O, həmçinin təzyiq altında sənədlər imzalamağa məcbur edildiyini və bank hesablarına girişinin əngəlləndiyini qeyd etdi.

Şübhələr və Ailənin Dəstəyi

Üç dəfə evlənmiş Sunjay Kapurun ikinci həyat yoldaşı, Bollivud ulduzu Karisma Kapoordan iki övladı var. Kapur üçüncü həyat yoldaşı Priya Saçdev ilə 2017-ci ildə evlənmişdi. Son hadisələrlə birlikdə bacısı Mandhira Kapur da anasının tərəfində yer aldı. Mandhira İnstaqramda anası və qardaşı ilə bir fotoşəkil paylaşaraq, “Sənin və atamızın arzusunu qoruyacağıq” mesajını verdi. Ailənin vəkili Vaibhav Qaqqar The Telegraph-a verdiyi açıqlamada, “Bütün inkişaflar müvəkkilimin dediklərini təsdiqləyir. Miras əlindən alınır və heç kim ölüm səbəbinə həqiqətən baxmır. Bu hadisənin arxasında bir sui-qəsd ola bilər” ifadələrini işlətdi.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz