Milyarder Brayan Consondan şok iddia: 'Özümü klonladım'
Uzun müddətdir qocalığı dayandırmaq və bioloji yaşı cavanlaşdırmaq üzrə apardığı radikal təcrübələrlə tanınan texnologiya sahibkarı Brayan Conson dünya gündəmini zəbt edən yeni bir açıqlama verib. 48 yaşlı milyarder elm dünyasında böyük mübahisələrə səbəb olacaq bir iddia irəli sürərək özünü klonladığını elan edib.

Conson bu təşəbbüsün əsas məqsədinin tibbi araşdırmalar və orqan nəqli proseslərində inqilab yaratmaq olduğunu bildirib. Onun sözlərinə görə, yeni doğulmuş bir körpə kimi klonlanan surəti, gələcəkdə yarana biləcək sağlamlıq problemlərinə qarşı bir ehtiyat hissəsi və bioloji müalicə mənbəyi kimi nəzərdə tutulub.
Daha əvvəl bədənini cavanlaşdırmaq üçün tətbiq etdiyi ağır pəhrizlər, intensiv məşq proqramları və qan köçürmə kimi üsullarla tez-tez tənqid olunan Conson, bu dəfə etik sərhədləri aşan bir addım atıb. Klonlama texnologiyasından istifadə elmi dairələrdə həm etik mübahisələri, həm də hüquqi tənzimləmə boşluqlarını yenidən gündəmə gətirib.
Klonlama iddiasının doğruluğu və tətbiq edilə bilməsi ilə bağlı hələlik müstəqil bir sübut təqdim olunmasa da, mütəxəssislər bu cür biotexnoloji təşəbbüsün həm texniki, həm də hüquqi baxımdan böyük maneələrlə qarşılaşacağını vurğulayırlar. Conson isə bu layihənin insan ömrünü uzatmaq yolunda atılmış ən böyük addım olduğunu müdafiə edir.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz