Maraqlı 02.12.2025

Milyonların gözlədiyi Spotify Wrapped 2025 üçün geriyə sayım başladı

Milyonların gözlədiyi Spotify Wrapped 2025 üçün geriyə sayım başladı

Dekabr ayına qədəm qoyulması ilə birlikdə Spotify istifadəçilərini ən çox maraqlandıran sual yenə də eynidir: 2025 Spotify Wrapped artıq mövcuddurmu? Milyonlarla insanın il ərzində hansı musiqiləri dinlədiyini əks etdirən bu fərdi illik dinləmə icmalı hələ açıqlanmasa da, platformanın əvvəlki illərdəki cədvəli bu ilki buraxılış tarixi ilə bağlı güclü ipuçları verir.

Spotify-ın artıq ənənəvi illik dinləmə icmalı olan Wrapped hesabatı 2024-cü ildə 4 dekabr, 2023-cü ildə isə 29 noyabr tarixində paylaşılmışdı. Bu məlumatlar nəzərə alındıqda, 2025-ci ilin nəticələrinin də dekabrın 3-5-i arasında elan ediləcəyi gözlənilir.

Rəsmi açıqlama olmasa da, Spotify tətbiqində “Coming Soon / Çok Yakında” (Tezliklə) yazısı görünməyə başlayıb. Wrapped-ın elanı edildikdə istifadəçilər bildiriş alacaq və əsas səhifədə xüsusi bir bölmə açılacaq.

Spotify Wrapped buraxıldıqdan sonra hesabatı görmək olduqca asandır:

Spotify tətbiqini açın → Əsas ekrana çıxan "Wrapped 2025" qutusuna klikləyin.

Əgər görünmürsə: "Axtarış/Search" bölməsinə "2025 Wrapped" yazın.

Profil bölməsində "Dinləmə İcmalı" sekmesindən də daxil olmaq mümkündür.

Masaüstü və Veb Versiyasında

Sol menyudan "Gözat / Browse" (Bax) bölməsinə daxil olun.

Burada "2025 Wrapped" başlığı avtomatik olaraq görünəcək.

Alternativ olaraq, Spotify-ın Wrapped səhifəsinə yönləndirmə keçidi də aktiv olacaq.

Spotify Wrapped məlumatları hər il olduğu kimi yanvarın 1-dən oktyabrın 31-dək olan dinləmələri əhatə edir. Yəni ilin son iki ayında edilən dinləmələr bu hesabatda yer almayacaq. Bu il də illik icmalda aşağıdakı detallar öz əksini tapacaq:

  • Ən çox dinlədiyiniz sənətçilər

  • Ən populyar mahnılarınız

  • Ən çox dinlənilən qadın/kişi sənətçilər

Əvvəlki illərin cədvəlinə əsasən, 2025-ci ilin illik dinləmə icmalı-nın da bu həftə ərzində elan olunma ehtimalı yüksəkdir.

Spotify Wrapped 2025 üçün geri sayım başlayıb. Platformun əvvəlki illərdəki cədvəli nəzərə alındıqda, istifadəçilərin ilin ən çox gözlənilən hesabatına çox qısa müddətdə qovuşacağı gözlənilir. Wrapped elan olunduqda, müvafiq keçid və istiqamətləndirmə məlumatları bu xəbərin altında əlavə ediləcək.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz