ABŞ-ın Dallas ştatında
Dallas snayperi böhranı yaşanıb. Damına çıxan bir şəxs, Miqrasiya və Gömrük İdarəsi (ICE) bürosunu snayper tüfəngi ilə hədəf alıb. Hadisə nəticəsində bir nəfər həlak olub, iki nəfər isə ağır yaralanıb.
Səlahiyyətlilər, hücumçunun damda mövqelənərək təsadüfi atəş açdığını və güllələrin həm mərkəzi, həm də yaxınlıqdakı mülki bir avtomobili vurduğunu açıqlayıb. Hücumçunun öz silahı ilə intihar etdiyi bildirilir. Hadisə zamanı hüquq-mühafizə orqanlarından xəsarət alan olmayıb.
SİYASİ MOTİVASİYA
FTB direktoru Kaş Patel, hadisə yerində tapılan və üzərində “ANTI-ICE” yazılan sursatın fotosunu sosial mediada paylaşıb. O, şəxsin
miqrasiya idarəsinə qarşı terror aktı törətdiyini və hücumçunun "radikal solçu" olduğunu bildirib.
Patel, “İstintaq davam edir, lakin ilkin tapıntılar bu hücumun ideoloji motivasiyaya əsaslandığını göstərir. Bu cür iyrənc və siyasi məqsədli
ICE hücumu tək-tək hadisələr deyil” deyib.
ICE rəsmiləri, hücumda vurulan üç nəfərdən birinin öldüyünü, digər ikisinin kritik vəziyyətdə olduğunu açıqlayıb. Meksika Xarici İşlər Nazirliyi yaralılardan birinin meksikalı olduğunu duyurub.
Hücumçunun kimliyi 29 yaşlı Coşua Can (Joshua Jahn) olaraq açıqlanıb. CBS News-in xəbərinə görə, Can əvvəllər marixuana ilə bağlı cinayətlərdən məhkum olunmuşdu.
FTB agenti Co Rotrok (Joe Rothrock), hücumçunun yanında tapılan güllələrin gömrük və miqrasiya idarəsi əleyhinə mesajlar ehtiva etdiyini qeyd edərək, “Bu hücum siyasi zorakılığın ən yeni nümunəsidir” deyib.
TƏKRARLANAN HÜCUMLAR VƏ REAKSİYALAR
Dallas snayperi hadisəsi ilə bağlı Dallas polisi, hücumçunun ICE binasına bitişik bir binadan atəş açdığını təsdiqləyib. Bu, son aylarda ICE mərkəzlərinə qarşı törədilən çoxsaylı hücumlardan biri olub. Ekspertlər bu cür
ICE hücumunun arxasında dayanan motivasiyaları diqqətlə araşdırırlar.
İyul ayında Texasın Alvarado şəhərində bir ICE obyektində baş verən atışmada bir polis əməkdaşı yaralanmışdı. San Antonio şəhərindəki ICE ofisi də keçən ay güllələrin hədəfi olmuşdu.
ABŞ prezidenti Donald Tramp, ICE işçilərinə qarşı təhdidlərin artdığını bildirərək, “radikal sol demokratların hüquq-mühafizə orqanlarını davamlı olaraq şeytanlaşdırdığını” iddia edib. Həm Respublikaçı, həm də Demokrat siyasətçilər hücumu pisləyiblər. Texas senatoru Ted Kruz (Ted Cruz) isə “Siyasi rəqibləriniz nasist deyil. Ayrılıqçı ritorikanın faciəvi nəticələri olur” deyib. Qeyd etmək lazımdır ki, siyasi və ideoloji gərginliklər bəzən müxtəlif radikal qruplar tərəfindən, o cümlədən
sələfi cərəyanları kimi dini ekstremistlər tərəfindən də zorakılıq aktlarına çevrilə bilər.
24 saat
Oxucu Şərhləri
Şərh Yaz