Maraqlı 23.11.2025

Miss Universe 2025-in pərdəarxası: Ceren Arslan səs alqı-satqısını açıqladı

Miss Universe 2025-in pərdəarxası: Ceren Arslan səs alqı-satqısını açıqladı

Türkiyənin Miss Universe 2025 təmsilçisi Ceren Arslan yarışıma damğasını vurdu

Miss Universe 2025 gözəllik yarışmasında bu il Türkiyəni təmsil edən Ceren Arslan, müsabiqənin ilk günündən etibarən həm gözəlliyi, həm də paylaşımları ilə adından söz etdirdi. Arslan, Osmanlı motivləri ilə bəzədilmiş libası ilə yerli və xarici mediada böyük bəyənmə topladı.

Türkiyədən gələn güclü dəstəyin ardınca 26 yaşlı Ceren Arslan səsvermə nəticəsində üç kateqoriyada birinciliyi əldə etməyi bacardı.

Miss Universe 2025 nəticələrinə etirazlar sel kimi axdı

Skandalların əskik olmadığı, şübhəli Miss Universe 2025 yarışmasında Türkiyəni təmsil edən Ceren Arslan ilk 30-luğa daxil ola bilmədi. Bu siyahıya düşən adlar ictimaiyyətdə böyük rezonans doğurdu və sosial mediada sərt tənqidlərə səbəb oldu.

Siyahıda yer alan ölkələri görən istifadəçilər nəticəni qərəzli və siyasi adlandıraraq qınadılar.

İlk 30-luqda yer alan ölkələr aşağıdakı kimi sıralandı:

Çin, Tayland, Braziliya, Ruanda, Fil Dişi Sahili, Kolumbiya, Dominikan Respublikası, Banqladeş, Kuba, Yaponiya, Puerto Riko, Hollandiya, Amerika Birləşmiş Ştatları, Hindistan, Meksika, Filippin, Zimbabve, Kosta Rika, Malta, Xorvatiya, Kanada, Çili, Qvatemala, Fələstin, Nikaraqua, Fransa, Paraqvay, Miss Universe Latina, Venesuela, Qvadelupa.

Meksika gözəli Miss Universe 2025 tacını qazandı

Miss Universe 2025 yarışmasında Meksika gözəli Fatima Boş tac sahibi oldu. Müsabiqədə ikinci yeri ev sahibi Taylandın təmsilçisi Praveenar Sinqx, üçüncü yeri Venesueladan Stefani Abasali, dördüncü yeri Filippinli Ahtisa Manalo, beşinci yeri isə Fil Dişi Sahilindən Oliviya Yase tutdu.

Ceren Arslan yarışmadan sonra qatıldığı proqramda "Çox haqsızlıqlarla qarşılaşdıq, birinci olduğum kateqoriyalarda səsvermə yenidən açıldı. Rəqabət baxımından zəif qaldıq. Səslər satın alındı," deyə qeyd etdi.

Ceren Arslan yarışmada haqsızlıqlar yaşandığını açıqladı

"Gəl Danışaq" adlı proqrama telefonla qoşulan Ceren Arslan yarışmada nələr yaşadığını danışdı.

Yaşadığı məyusluqdan bəhs edən Arslan bildirdi: "Ən əsas mərhələ 30 nəfərin seçilməsidir, ona belə düşə bilmədim. Əslində kədərli deyiləm, içimdə bir qəribə hiss var. Son 30-luğa düşməyəcəyimi təxmin etməmişdim. Münsiflər heyəti ilə təkbətək görüşüb söhbətləşdik, bir daha səhnədə gördüm. Dəyərləndirmə görüşündə mənə çox yaxşı davrandılar. 30-luğa düşməməyim ağlıma batmır. Bu yarışma təkcə gözəllikdən ibarət deyil. Ölkəmi çox gözəl təmsil etdim."

26 yaşlı Arslan sözlərinin davamında vurğuladı: "Çox haqsızlıqlarla qarşılaşdıq, birinci olduğum kateqoriyalarda səsvermə yenidən açıldı. Rəqabət baxımından zəif qaldıq. Sosial şəbəkələrdən manipulyativ şəkildə istifadə edənlər vardı. Son səsvermə başa çatmağa yaxınlaşarkən sıralamalar dəyişdi, səslər satın alındı. Biz satın alınan səslərlə mübarizə apardıq."

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz