Türkiyə milli futbol komandası, 2026 FIFA Dünya Kubokunun Avropa seçmə mərhələsində, Bursa şəhərində Bolqarıstanı qəbul edərək 2-0 hesabı ilə qalib gəlib. Matçdan sonra keçirilən mətbuat konfransında, baş məşqçi Vinçenzo Montella oyun haqqında fikirlərini bölüşüb.
Montella, komandasının qələbəsini təbrik edərək sözlərinə başlayıb: "Asan bir matç olmayacağını bilirdik. Amma əlimizdən gələni edərək qələbə qazandıq. İkinci hissədə rəqibimizə bir az şans verdik. Bu məni bir qədər məyus etdi. Amma biz də əlavə şanslar qaçırdıq. Hesab fərqli ola bilərdi. Kaanın zədəsinə gəlincə, çox üzüldük. Əzələ problemi yaşadı. Ona görə də növbəti matçda oynayıb-oynamayacağı sabah bəlli olacaq".
## Mart ayına hazırlıq və heyət strategiyasıDaha ağıllı addımlar atmaq lazım olduğunu vurğulayan Vinçenzo Montella, "İlk növbədə ağıllı olmalıyıq. Çünki onsuz da risk altında olanları bilirik. Kimin risk altında olduğunu, kimin olmadığını. Yəni hamısını qorumalıyıq. Məntiqli hərəkət etməliyik. Mart ayına problemsiz girməliyik. Nə olursa olsun, bizim məqsədimiz artıq bəllidir. İkinci səbəb də odur ki, mən bütün oynamayan oyunçularıma güvəndiyimi söyləmək istəyirəm. Kim meydana çıxsa, çox yaxşı performans göstərəcəyinə şübhəm yoxdur. Əzmləri və nizam-intizamları ilə ən yaxşı şəkildə oynayacaqlarını bilirəm. Bu gün Bаrışı və Оrkunu digər futbolçulara görə daha çox qoruduq. Amma onlar bəlkə də mənim gəldiyimdən bəri ən çox oynayan futbolçular idi. Amma dediyim kimi, bütün futbolçularımıza güvənirəm. Hakan məsələsi. Hakan bu gün inanılmaz bir performans göstərdi, çox qaçdı, çox yoruldu və açıqcası, kiçik bir ağrı hiss etdi. Ona görə də zədələrdən qorumalıyıq. Kaan kimi futbolçuları da qorumalıyıq zədələrdən. Ona görə də ən yaxşı şəkildə dəyərləndirməmizi edəcəyik. Hansı futbolçularımızı meydana qoysaq da, çox yaxşı performans verəcəyini çox yaxşı bilirik. Biz ora təbii ki, istədiyimiz nəticəni almağa gedəcəyik" deyə əlavə edib.
## Qrupdakı vəziyyət və İspaniya matçıBolqarıstan matçının qrup sıralamasında çox əhəmiyyətli olmadığını qeyd edən Montella, "Əslində sıralama məsələsində qrupda bəlkə də çox fərq yaratmır. Amma bizim üçün çox vacib bir matç idi. Bu gün də bəzi futbolçularımızı İspaniya matçına yönəlik qoruduq. Həmin matçda da o futbolçularımızı görmək çox yüksək ehtimaldır. Onların da vaxt almasını istəyirik təbii ki və meydana hansı düzülüşü qoysaq da, hansı futbolçunu qoysaq da, onsuz da rəqabət faizinin çox yüksək olduğunu hamımız bilirik. Ona görə də bütün futbolçularımıza güvənirik. Nə olursa olsun, biz təbii ki, orada öz oyunumuzu oynamaq istəyirik" deyə bildirib.
## Bursadakı atmosfer və azarkeş dəstəyiBursadakı atmosferi bəyəndiklərini deyən Montella, "Bursada inanılmaz bir coşğu yaşadıq matçın başından sonuna qədər. Hətta gəldiyimiz gündən bu yana inanılmaz coşğu hiss etdik və bu bizi inanılmaz dərəcədə duyğulandırdı. Ona görə də onlara təşəkkür etmək istəyirəm. Hətta italyan bir dostum məni dəstəkləməyə gəldi. Həyatında ilk dəfə belə bir atmosfer gördüyünü söylədi. Biz də eyni fikirdəyik. İnanılmaz bir atmosfer idi" sözlərini işlədib.
## Kərəmin performansı və komandaya töhfəsiKərəm Aktürkoğlunun performansı haqqında da açıqlama verən Montella, "Kərəm məsələsinə gəldiyimizdə, son iki matçına baxdığınızda inanılmaz iki dənə performansı var. İnanılmaz təzyiq göstərir. Komandanı ayağa qaldırır. Yoldaşları da bunun fərqindədir. Təzyiqə getdiyində, komanda üçün bir siqnal olur. Hər kəs həvəslə onun ardınca gedir. Ona görə də iki performansı inanılmaz idi. Bütün yoldaşları da bunun fərqindədir. Bizim üçün nə qədər vacib bir futbolçu olduğunu söyləməyə ehtiyac yoxdur. Barış məsələsi də ağlımda olan bir şey idi, futbolçularımızı qorumaq, Orkun kimi. Çünki bilirsiniz ki, mart ayında biz tam heyətlə getmək istəyirik. Ona görə də sarı kart mövzularını düşünmək məcburiyyətində idik və bu iki futbolçu çox həvəsli iki futbolçu. Onları 5 dəqiqə də oynatsanız, sarı kart görmə ehtimalı var. Ona görə də heç kimi itirmək istəmirəm. Çünki dediyim kimi, bizim məqsədimiz mart ayındakı Play Offlardır və tam heyətlə orada olmaq istəyirik. Burada bu gün də məsələn, lazımi şəkildə qərarları verərək elə bir heyətlə meydana çıxdıq" deyə qeyd edib.
## Play-Off ehtimalları və İtaliya ilə qarşılaşmaPlay-Off qarşılaşmalarında İtaliya ilə qarşılaşacaqlarını düşünmədiyini ifadə edən Montella, "İtaliya ilə qarşılaşacağımızı çox düşünmürəm. Yüzdə olaraq çox aşağı bir ehtimal. FİFA sıralamasında da bizdən öndə olduqları üçün. Biz birinci səbətdən gedəcəyimizi bilirik. Son matçlarda fərqli bir nəticə olmazsa. Amma qarşılaşmaq istərdimmi sualına, öz ölkəm olduğu üçün deyil, şərtlər imkan vermir" deyə cavab verib.
## Milli komandanın yenidən populyarlaşmasıVəzifələrini ən yaxşı şəkildə yerinə yetirməyə çalışdıqlarını bildirən Montella, "Düşünürəm ki, son zamanlarda komandamızın göstərdiyi performansa görə azarkeşlərimizin sevgisini yenidən qazandığını düşünürəm. Bu mənim üçün çox böyük bir qürur mənbəyidir. Yenidən hər kəsi milli komandaya bağlamaq mənim üçün çox vacib idi. Bilirsiniz ki, gənc bir komandamız var. Daha çox inkişaf edə biləcək bir komandaya sahib olacağımızı düşünürəm. Komanda ruhunu, aidiyyət hissini, həvəsini heç vaxt əsirgəməyən bir komanda var meydanda və təbii ki, bu bizi çox sevindirir. Ona görə də biz ilk növbədə normal olan şeyləri normallaşdırmalıyıq. Normalımız bu olması lazımdır. Sonrasında da addım-addım irəliləyərək daha fərqli xəyallara da qapılmaq istəyirik. Ona görə də əlimizdən gələn hər şeyi etməyə davam edəcəyik" şəklində danışıb.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz