Moskvada dron istehsal edən şirkətin rəhbərləri həbs olunub
Moskvada fəaliyyət göstərən "Dron Solyuşns" şirkətinin həm keçmiş, həm də hazırkı rəhbər şəxsləri barəsində həbs qərarı çıxarılıb. Onlar dələduzluq etməkdə təqsirləndirilirlər. Məhkəmənin qərarı ilə şirkət rəsmiləri barəsində həbs-qətimkan tədbiri seçilib.

Diqqətçəkən məqam odur ki, bu şirkətin hazırladığı pilotsuz uçuş aparatları hələ cari ilin aprel ayında Rusiya prezidenti Vladimir Putinə təqdim edilmişdi. Həmin vaxt sözügedən texnologiya geniş təqdimatla diqqət mərkəzində olmuşdu.
İstintaq orqanları hələlik cinayət işinin detalları barədə ətraflı məlumat verməsə də, araşdırmaların şirkətin dövlət sifarişləri və büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı olduğu bildirilir.
Müdafiə sənayesində baş verən bu həbslər ölkədə dron istehsalı layihələrinin şəffaflığı ilə bağlı ciddi suallar yaradıb. Hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı təhqiqat davam etdirilir.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz