Fənərbaxça azarkeşlərinin sevimlisi Fərdi Kadıoğlunu xatırladan bir təsir yaradan ingilis sol müdafiəçisi, qısa zamanda ürəklərdə taxt qurdu. Hələ mövsümün əvvəli olmasına baxmayaraq, 5 oyunda 2 qol və 2 assistlə oynayan 23 yaşlı ulduz, sol cinahda bitmək tükənmək bilməyən enerjisi ilə irəli-geri çalışır. Müdafiədə möhkəm, hücumda isə çevikdir.
## Statistikaları Alt-Üst Etdi Feyenoord matçında 1 qol və 2 assistlə ulduzlaşan Braunun, son oynanılan Kocaeli sınağındakı statistikaları da çox diqqət çəkicidir. 10.82 km ilə ən çox məsafə qət edən futbolçu oldu. Ən çox yüksək tempolu qaçan, ən çox və ən uzun məsafəyə sprint atan, rəqib cərimə meydançasında ən çox topla görüşən də yenə o. Bir sözlə, Fənərbaxça, transferdə sanki hədəfi düz vurub...Mourinyonun yeni kəşfi Arçi Braun

8 milyon avroya transfer olundu, amma... Arçi Braun sürprizi!
Genk klubundan transfer edildikdə heç kim ondan bu qədər qısa zamanda belə bir yüksəliş gözləmirdi. 8 milyon avroluq transfer haqqı bəzilərinə yüksək görünsə də, o, sarı-lacivərdli formanı geyindiyi andan elə bir performans sərgilədi ki, hamı "Sən nə imişsən, Arçi Braun!" deməyə başladı.
## Fərdi Kadıoğlu Effekti
Oxucu Şərhləri
Şərh Yaz