“Hababam Sınıfı”, “Neşeli Günlər”, “Bizim Ailə”, “Gülən Gözlər”, “Mavi Boncuk” kimi Yeşilçama damğa vurmuş filmlərdə rol alan məşhur sənətçi Münir Özkulun həyat yoldaşı Umman Özkul dünən dünyasını dəyişib.
Uzun müddətdir xərçənglə mübarizə aparan xanım Özkulun vəfat xəbərini qızı Güner Özkul sosial media hesabından izləyiciləri ilə paylaşıb. Qeyd edək ki, Umman xanım məşhur aktyorun dördüncü həyat yoldaşı idi.
Zəncirlikuyu Camisində mərhum üçün bu gün günorta namazından sonra cənazə namazı qılınıb.
"Yeganə arzusu..."
Təziyələri qəbul edən Güner Özkul, ögey anası haqqında duyğularını bölüşüb:
"Atamın 40 illik ömür-gün yoldaşı idi. Sənətçi 2018-ci ildə dünyasını dəyişənə qədər 40 ili birlikdə keçiriblər. O, heç kim haqqında pis düşünməyən və heç kimin haqqında pis danışmayacaq bir insan idi. Atam 15 avqustda 100 yaşında olacaqdı. Vəfat etməzdən əvvəl həmişə atamın 100-cü ad gününü qeyd etməyimizi deyərdi. Yeganə arzusu bu yubileyi görmək idi. Bunun üçün bir həftə də yaşamaq istəyirdi, lakin nəsib olmadı."
Mərhum xanım qılınan namazın ardından Kilyos Qəbiristanlığında torpağa tapşırılıb.
Yaş fərqi gündəmdə idi
Özkulun həyat yoldaşı 1986-cı ildə sənətçi ilə evlənəndə aralarındakı 25 illik yaş fərqi uzun müddət maqazin mətbuatında müzakirələrə səbəb olmuşdu.
Mərhum sənətçinin həyat yoldaşı, Münir Özkulun vəfatından sonra yaşadığı kədəri bu sözlərlə ifadə etmişdi: "Yetər ki, mənim olaydı, yataq xəstəsi olaraq qalsaydı da olar."
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz