Şou 01.12.2025

Murat Cemcir reanimasiyada

Murat Cemcir reanimasiyada

Düğün Dernek`, `Kardeş Payı`, `Çalgı Çengi` kimi populyar layihələrdəki unudulmaz rolları ilə yadda qalan Murat Cemcirdən pərəstişkarlarını kədərləndirən xəbər gəlib. Ötən çərşənbə günü evində qəfil halı pisləşən sevilən aktyor, təcili yardım vasitəsilə dərhal İstanbulun Maslak rayonundakı özəl bir xəstəxanaya çatdırılıb.

Murat Cemcirin Vəziyyəti: Reanimasiyada Müalicə

49 yaşlı aktyorda həkim müayinəsi nəticəsində daxili qanaxma aşkar edilib. Vəziyyətinin ağırlığı səbəbindən o, hazırda xəstəxananın reanimasiya şöbəsində intensiv müalicə alır. Ümid edilir ki, sənətçi tez bir zamanda sağalaraq pərəstişkarlarının yanına qayıdacaq.

Anası Sənətçinin İlham Mənbəyi

Daha əvvəl "Empati" proqramının qonağı olan Murat Cemcir, həyatında ən böyük ilham mənbəyinin anası olduğunu vurğulamışdı: "Anam aşiq olduğum ilk qadın. Bu gün hər hansı bir şey yaza bilirəmsə, edə bilirəmsə, bunun qaynağı anamdı. O, çox ciddi zarafatlar edir, heç zarafat etdiyini büruzə vermir. Çox dəyərli bir insandır. Ən kədərli anlarında belə zarafat edib güldürür. Ən hirsləndiyin vaxtda zarafatla sakitləşdirir. Ən süst, ən miskin olduğunda isə sözləri ilə silkələyib dərhal canlandırır."

Şəxsi Həyatı Və Evliliyə Baxışı

Şəxsi həyatına dair sualları cavablandıran sənətçi, evlənməyi hələ ki düşünmədiyini etiraf etsə də, valideynlərinin nəvə həsrətində olduğunu bildirib: "Evliliyi indiyə qədər heç düşünmədim. Qohumlarımın, əmioğlularımın, ailəmin evlilikləri çox xoşbəxtdir. Bizim bölgəmiz çox özəl bir bölgədir, şən insanlarıq. Ata-ana da istər ki, bir oğulları, bir qızları var, nəvə görmək istəyirlər."

Aktyorun Çətin Amma Şən Uşaqlıq İlləri

"Necə bir ailədə doğuldunuz?" sualına cavab olaraq Murat Cemcir aşağıdakıları qeyd edib: "Niksarda doğulmuşam. Çətin, amma gözəl bir uşaqlıq keçirdim. Çətinliyi ondan ibarət idi ki, ailəmiz çox geniş idi. Həm ana, həm də ata tərəfindən çoxlu sayda qardaş, əmioğlu və xalaoğlu var idi. Anamın dörd, atamın beş qardaşı var. Onların uşaqları ilə birlikdə yay aylarımızı Niksarda keçirərdik. Qış aylarında məktəbdə oxuyardım, yayda isə tarlada işləyərdim. Təbii ki, kənd təsərrüfatı ilə bağlı hər şeyi çox yaxşı bilirəm. Xoşbəxt bir uşaq idim. Kənddə 48 ev var idi, o 48 evdə yaşayan insanlar sanki tək bir ailə idilər."

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz