Murat Dalkılıç'ın Münasibətlər Zənciri
Türk müğənni Murat Dalkılıç və aktrisa Merve Boluğur 2015-ci ildə ailə həyatı qurmuş, lakin iki il sonra – 2017-ci ildə – yollarını ayırmaq qərarına gəlmişdilər. Bu boşanmadan sonra Dalkılıç, Hande Erçel ilə üç il davam edən bir eşq yaşamış, lakin evlənmələri gözlənilərkən 2020-ci ildə münasibətləri başa çatmışdı.
Dalkılıç bu ayrılığın ardından aktrisa Sitare Akbaş ilə sevgili olmuş, lakin bu münasibət də səkkiz ay sonra sona yetmişdi. Daha sonra o, Çağla Boz ilə qısa müddətlik birlikdə olmuşdu. Bütün bunlardan sonra Edda Dora ilə yeni bir münasibətə başlayan sənətçi, bu əlaqədə də axtardığını tapa bilməmişdi.
Yeni Sevgi: Özgü Kaya
Əvvəlki münasibətlərində xoşbəxtliyi tapa bilməyən 41 yaşlı Murat Dalkılıç, indi 29 yaşlı aktrisa Özgü Kaya ilə eşq yaşamağa başlayıb. Cütlük təxminən bir ay yarımdır ki, birlikdədir.
Son vaxtlar bir tədbirə qatılan Murat Dalkılıç və Özgü Kaya eyni kadrda görüntüləniblər. Özgü Kaya bu fotoları öz Instagram səhifəsində paylaşaraq eşqini ictimaiyyətə elan edib.