“Adana Demirspor” İdman Klubunun prezidenti Murat Sancak klubun borclarının tamamilə bağlanacağı təqdirdə, heç bir şərt irəli sürmədən, komandanı azarkeşlərə və şəhərin dinamiklərinə təhvil verəcəyini bəyan edib.
Murat Sancak klubun sosial media hesabından verdiyi açıqlamada bu məsələni daha əvvəl də dəfələrlə dilə gətirdiyini xatırladıb. O bildirib: “Klubumuzun bütün borcları ödənildiyi halda, “Adana Demirspor”u heç bir tələb irəli sürmədən, şəhərin idarəetmə strukturlarına və azarkeşlərinə təhvil verəcəyimi, mənimlə görüşməyə gələn Telat Şahin və Umut Düşkünə də bildirmişdim. İndi bunu siz dəyərli camiamıza və ictimaiyyətə də bəyan edirəm. Bu sözümə sadiqəm.”
Dərnək fayda verəcək
“Yaşasın Dəmirspor Platformu”nun başlatdığı kampaniyanı yaxından izlədiyini vurğulayan Murat Sancak, bu prosesin sağlam şəkildə irəliləməsi üçün üzərinə düşəni etməyə hazır olduğunu qeyd edib.
İndiyədək təcili ödənilməli olan borcları ödəməyə çalışdıqlarını deyən prezident əlavə edib: ““Yaşasın Dəmirspor Platformu”nun ödəyəcəyi borc qədər səhm transferi edəcəyəm. Borclar bu müddətdə şəffaf və rəsmi şəkildə bağlandıqda, “Adana Demirspor”un idarəçiliyini bu şəhərin əsl sahiblərinə, yəni azarkeşlərinə təhvil verəcəyəm. Bu bir söz deyil, bir öhdəlikdir. Bu kampaniyada toplanacaq məbləğ, səhm nisbətində dərnəyə veriləcəkdir. Şirkətin səhmləri ADS Dərnəyinə ötürüləcək, dərnəyin idarə heyəti isə “Adana Demirspor”a fayda verəcək, şəhərin dinamiklərindən və azarkeşlərdən təşkil olunmuş idarəetməyə veriləcəkdir.”