Məşhur Mustafa Sandalın Az Bilinən Xəstəliyi
Türkiyənin tanınmış sənətçisi Mustafa Sandal "Senem Aydın'la Hadi Anlat" televerilişinin qonağı olarkən, indiyədək ictimaiyyətə bəlli olmayan bir sağlamlıq problemi barədə danışıb. Müğənni, keçmişdə Trixotillomaniya (saç qoparma xəstəliyi) ilə mübarizə apardığını açıqlayıb. Sandal bildirib ki, düşüncələrə qapılan zaman əlini başına aparır və istəmədən saçlarını qoparırdı. Bu halın zamanla xeyli azaldığını, demək olar ki, aradan qalxdığını söyləyib.
Sənətçinin yaxın çevrəsi, o cümlədən anası və həyat yoldaşı Melis, onun əlini saçına apardığını görən kimi dərhal "Nə oldu, nə düşünürsən?" deyə soruşurlar. Bu diqqət ona vəziyyətini idarə etməkdə böyük kömək göstərir.
Melis Sütşurup İlə Möhkəm Evlilik Bağları
Mustafa Sandal 2022-ci ildə ailə qurduğu Melis Sütşuruppa olan münasibətlərindən də danışıb. O, həyat yoldaşının onun ən yaxşı dostu olduğunu vurğulayıb və onların arasındakı sevginin təməlində dərin dostluğun dayandığını bildirib. Cütlük birlikdə vaxt keçirməkdən, eləcə də səyahət etməkdən böyük zövq alır.
Sənətçi, münasibətlərində zaman-zaman mübahisələrin də yaşandığını etiraf edib. Qeyd edib ki, bu mübahisələrin 99.4 faizində Melis haqlı olur. Lakin o, Melisin mələk kimi bir qəlbi olduğunu və bütün mübahisələrə baxmayaraq, onun həyatındakı ən etibarlı dostu olaraq qaldığını dilə gətirib.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz