NATO qərargahında casusluq qalmaqalı: Çin əsilli şəxs saxlanıldı
NATO-nun Belçikadakı hərbi mərkəzində ciddi təhlükəsizlik problemi yaranıb. Rəsmi açıqlamalara görə, alyansın strukturunda fəaliyyət göstərən Kanada vətəndaşı casusluq ittihamı ilə nəzarətə alınıb.

İstintaqın ilkin məlumatlarına əsasən, əslən çinli olan bu şəxsin uzun müddətdir ki, üçüncü bir dövlətin maraqları üçün gizli məlumatlar ötürdüyü ehtimal edilir. Bu hadisə alyans daxilində ciddi narahatlıqla qarşılanıb.
Belçika hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxsin NATO-nun məxfi sənədlərinə çıxışının olması təhlükəsizlik qaydalarının yenidən gözdən keçirilməsini tələb edib.
Ekspertlər bu hadisəni Qərb ilə Çin arasında kəskinləşən kəşfiyyat mübarizəsinin tərkib hissəsi hesab edirlər. Hazırda araşdırmalar davam edir və yaxın vaxtlarda yeni detalların məlum olacağı gözlənilir.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz