Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlunun öz nazirliyinə aid avtomagistralda sürət həddini aşaraq qayda pozuntusu etməsi Almaniyanın “Bild” qəzetinin manşetinə çıxıb. Qəzet Nəqliyyat nazirinin sürət həddini aşması ilə bağlı hadisəni öz səhifələrində geniş işıqlandırıb.
“Bild” ana səhifəsində yayımladığı video və xəbər ilə, “Qadağaya baxmayaraq 225 kilometr sürətlə hərəkət etdi. Avtomagistralda özü ilə yarış” başlıqlı məlumat paylaşıb. Bu, Abdulkadir Uraloğlunun hərəkətinə beynəlxalq ictimaiyyətin reaksiyasının göstəricisi olub. Nazirin özü tərəfindən paylaşılan videoda açıq şəkildə sürət həddinin aşıldığı görünürdü.
Alman avtomobili ilə "qürur" gəzintisi və cərimə
Xəbərdə qeyd olunur ki, Nəqliyyat naziri Uraloğluna daha sonra cərimə protokolu göndərilib və bu sənəd nazirin özü tərəfindən ictimaiyyətlə paylaşılıb. “Bild” bildirir: “Türkiyənin Nəqliyyat naziri yerli avtomagistralda səyahət edir. O, sosial şəbəkələrdə yaydığı video ilə yolun keyfiyyətli vəziyyətini qürurla nümayiş etdirir. Lakin kiçik bir problem var: nazirin sürəti saatda 225 km-dir.”
Videoda istifadə olunan “Audi” markalı avtomobilin Alman istehsalı olması xüsusi vurğulanır. Hadisəyə sərt reaksiyalar verildiyi və Abdulkadir Uraloğluna sürət həddini aşdığı üçün cərimə yazıldığı bildirilir. Nazirin idarə etdiyi “Audi” avtomobili Almaniyanın məhsuludur. Hərəkət etdiyi avtomagistral isə Tik-işlət-təhvil ver modeli ilə inşa edilib və oxşar layihələrdən təxminən dörd dəfə baha başa gəlib. Yolun istismarı da onu inşa edən şirkət tərəfindən həyata keçirilir. Nə avtomobil, nə də sözügedən yol Türkiyəyə məxsus deyil, bu da hadisəyə fərqli bir çalar qatır və tənqidlərə yol açır.
Oxucu Şərhləri
Şərh Yaz