Alassane Ndao bahis qalmaqalı və cəza
Ndao ilə müqaviləyə xitam verildi - Bahis oyunlarında iştirak etdiyi üçün Peşəkar Futbol İntizam Komitəsi (PFDK) tərəfindən 12 ay müddətinə cəzalandırılan Alassane Ndao haqqında prokurorluğun istintaqı çərçivəsində saxlanılma qərarı çıxarılıb.
Seneqallı futbolçu İstanbulda
Konya şəhərindəki evindən götürülən seneqallı futbolçu, polis əməkdaşları ilə birlikdə İstanbula yola salınıb.
"Nalçacı"dan klub rəhbərliyinə çağırış
Baş verən hadisələrdən sonra "Konyaspor"un azarkeş qrupu olan "Nalçacı" bəyanat yayaraq, yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması üçün klub rəhbərliyini addım atmağa çağırıb.
Müqaviləyə xitam veriləcək
Yaranmış böhranın ardından "Konyaspor", Alassane Ndao ilə müqavilənin ləğvi üçün danışıqlara başlayıb. Super Liqa təmsilçisi ən qısa zamanda oyunçunun meneceri ilə görüşərək birtərəfli qaydada müqaviləyə xitam vermək qərarına gəlib.
Menecer Alassane Ndaonun günahsız olduğunu iddia edir
Ndaonun meneceri Doğan Ercan, seneqallı futbolçunun günahsız olduğunu bildirib.
BBN Haber-ə danışan Ercan, “Ndaonun adına ötən il 2-3 aylıq bir müddətdə qanuni bir saytda bahis əməliyyatı aparılıb. Lakin bu əməliyyatı Ndao yox, onun yanında olan bir şəxs həyata keçirib. Həmin şəxs Seneqala yardıma ehtiyacı olanlara kargo göndərəcəyəm deyərək Ndaonun telefonunu alır. Həmin müddətdə onun xəbəri olmadan əməliyyat aparılıb” deyib.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz