Yeni Mövsümə Ümidli Baxış
Galatasarayın baş məşqçisi Okan Buruk komandanın məşqindən öncə media mənsubları ilə görüşərək cari mövsüm planları və transfer siyasəti barədə vacib açıqlamalar verib.
Deneyimli mütəxəssis keçən mövsümün geridə qaldığını və indi yeni bir səhifənin açıldığını vurğulayıb. O, yenidən çempion olmaq və Çempionlar Liqasında uğur qazanmaq istədiklərini bildirib. Buruk, Çempionlar Liqasının Galatasaray cəmiyyəti üçün böyük əhəmiyyət kəsb etdiyini xüsusi ilə qeyd edib.
Transfer Prosesi və Kadr Planlaması
Transfer çalışmaları və heyətin formalaşdırılması ilə bağlı danışan Okan Buruk, Roland Sallainin ailəvi səbəblərdən bir günlük icazəli olduğunu bildirib. Davinson Sançes və Alvaro Moratanın 15 iyulda komandaya qoşulacağını, ABŞ-dan dönən Leroy Sanenin isə 24 iyulda məşqlərə başlayacağını qeyd edib.
Nikolo Zaniolo haqqında yayılan ayrılıq iddialarına da toxunan baş məşqçi, "Nikolo Zaniolo ilə bağlı xəbərləri oxuyuram. O, bizim oyunçumuzdur və çox dəyərli bir ad. İki il əvvəl öz istəyi ilə buradan ayrıldı. Lakin hal-hazırda komandamızın üzvüdür və gəldiyi gündən yaxşı çalışır, adaptasiya problemi yaşamır. Bütün futbolçular üçün bu dövr transfer dövrü olduğu üçün dinamikdir. Kimə təklif gələcək, gəlməyəcək, bilmirik. Yeganə kritik məqam legioner sayımızdır. Zaniolo yaxşı çalışır, onu hazırlıq oyunlarında istifadə edəcəyik. O, yüksəliş etmək istəyir. Son iki ili öz səviyyəsindən aşağı keçirib. Məşqlərdən sonra oyunçularımızla bağlı qərar verəcəyik," deyə açıqlayıb.
Viktor Osimhen Məsələsi və Hakan Çalhanoğlu
Təcrübəli mütəxəssis, keçən mövsümün fasiləsindən bəri transfer gündəmində olan Viktor Osimhen məsələsinə də toxunub. Napoli ilə davam edən danışıqlara işıq tutan Buruk, "Osimhen üçün Abdullah Kavukçu İtaliyada səylərini davam etdirir. Osimhenin də bizim komanda ilə davam etmək istəyi çox önəmlidir. İnşallah bu transfer ən qısa zamanda yekunlaşar. Mauro İkardi Türk futbolunda özünəməxsus marka dəyərinə malikdir və komandamızın kapitanlarından biridir," deyə bildirib.
Hakan Çalhanoğlunun transfer ehtimalı ilə bağlı sualları da cavablandıran Okan Buruk "Hakan Çalhanoğlu çox böyük oyunçudur və hər komanda onu heyətində görmək istəyər. Çox yaxşı insandır. Onu 16 yaşından tanıyıram. Galatasaraya olan sevgisi də inanılmaz dərəcədə böyükdür. Bu da bizi sevindirir. Lakin hazırda oynadığı bir komandası var. Komandasının da ondan böyük gözləntiləri olması normaldır. Bizim ilk növbədə təcili mövqelərimiz var. Osimhendən danışdıq. Qapıçı mövzusunda Güney kimi çox yaxşı qapıçımız var, daxilimiz rahatdır. Lakin bütün turnirlər üçün alternativlərimiz və kadr rəqabəti olacaq. Digər mövqelərdə olduğu kimi, qapıçı axtarışlarımız da davam edir," deyə fikirlərini tamamlayıb.