İdman 24.08.2025

Ömər Faruk EuroBasketə iddialıdır

Ömər Faruk EuroBasketə iddialıdır
A Milli Basketbol Komandasının hədəfi yüksəkdir

Türkiyə milli basketbol komandasının oyunçusu Ömər Faruk Yurtseven, komandanın potensialının fərqində olduqlarını və 2025-ci il Avropa Çempionatında yüksək nəticə əldə etməyi hədəflədiklərini bildirib.

Basketbol üzrə Avropa Çempionatı (EuroBasket 2025) 2025-ci il avqustun 27-dən sentyabrın 14-dək Latviya, Polşa, Finlandiya və Kipr Respublikasında keçiriləcək.

Türkiyə milli basketbol komandası A qrupunda ev sahibi Latviya, Portuqaliya, Estoniya, Serbiya və Çexiya ilə mübarizə aparacaq.

Avropa çempionatına hazırlıq yüksək səviyyədədir

Ömər Faruk Yurtseven açıqlamasında, EuroBasket 2025-ə hazır olduqlarını bildirərək, "Hər kəs istəkli və həvəslidir. Məqsədimiz Avropa Çempionatına gedib yüksək nəticə göstərməkdir. Türkiyə ilə yanaşı, Avropada da böyük bir gözlənti olduğunu bilirik. Gözləntilərin yaratdığı təzyiq bizə kömək edəcək. Əlbəttə, hər kəs bu komandanın istedadlarının fərqindədir. Uzun və qısa rotasiyalar çox yaxşıdır. Müdafiəçi olaraq Şeyn Larkin böyük bir parçadır. Hər kəs potensialının fərqində olduğu üçün medal birdən-birə real bir hədəfə çevrilir. Bu da əlavə bir həvəs qatır" ifadələrini işlədib.

Ay-ulduzlu forma ilə mübarizə etməyin əhəmiyyətini vurğulayan 27 yaşlı pivot, "80 milyonu təmsil etdiyimizi düşünürəm. Bütün ölkəni təmsil etmək, aşağı yaş qruplarından bəri etdiyimiz bir şey olduğu üçün o qürur getdikcə böyüdü. Bu, A Milli Basketbol Komandasında ən yüksək səviyyədə oldu. Onun dəyərini bilərək və yükünü çiynimizdə daşıyaraq davam etmək mənim etdiyim işlərdən biridir" qiymətləndirməsini verib.

Müdafiənin əhəmiyyəti

Hücumda çox istedadlı olduqlarını vurğulayan Ömər Faruk, müdafiədə göstərəcəkləri performansın medal yolunda həlledici olacağını düşünür.

Avropa Çempionatında hər oyunun "X faktorunun" dəyişəcəyini bildirən milli oyunçu, fikirlərini bölüşüb: "Bir oyunda bu, ikili oyunları müdafiə etmək ola bilər. Serbiyaya qarşı Yokiçi, Latviyaya qarşı Bertansın 3 xallıqlarını müdafiə etmək olar. Oyundan oyuna dəyişəcəyi üçün bunun adaptasiyasını edə bilmək və nə qədər sürətli edə biləcəyimiz ən kritik nöqtə olacaq. Əlbəttə, müdafiə çox əhəmiyyətlidir. Xüsusilə ikili oyunlarda komanda yoldaşlarına kömək etmək. Kənardan köməklər. "Pick and roll" vəziyyətində 2-yə 1 hücum üstünlüyü ələ keçirə bilirik. Kənardan kömək gətirib sonra rotasiyaya girib hər kəsin arxasındakı adama güvənə bilməsi və bunun kimi şeylər müdafiəmizi bir üst səviyyəyə çıxaracaq. Hücumda onsuz da yüksək bir istedadımız var. Bunu yaxşı bir şəkildə paylamaq həm bizim vəzifəmizdir, həm də Ergin bəyin tətbiq etməyə çalışdığı şeydir. Bu yönlərin önə çıxacağını düşünürəm. Hər hansı bir müdafiə qarşısında hücum, hücum qarşısında müdafiə tərzində uyğun adaptasiyalar edəcəyimizi düşünürəm."

Komanda yoldaşları

Milli basketbol komandasında uzun rotasiyasının yaxşı olduğunu ifadə edən Ömər Faruk Yurtseven, Alperen Şengün və Adem Bona ilə bir-birlərini tamamladıqlarını qeyd edib. Adəmin milli basketbol komandasına xüsusilə müdafiədə çox töhfə verəcəyinə inandığını bildirən 27 yaşlı basketbolçu, "Hamımız fərqli şəkillərdə və tərzlərdə dominant oyunçularıq. Adəm atletik bir oyunçudur. Müdafiə baxımından əlbəttə ki, yardımı dəyir. Adəmin öyrənməli olduğu 1-2 şey var. Çox sürətli şəkildə öyrənir. Alperen keçən mövsümü çox yaxşı keçirdi. Öz oyununu göstərəcəyini düşünürəm. Bizə həddindən artıq kömək olacaq. Mənim oyunumun da tamamlayıcı olduğunu düşünürəm. Uzun rotasiya yaxşıdır, ümid edirəm turnirdə bunun 100 faiz qarşılığını ala bilərik" deyə danışıb.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz