Oman sahillərində yanacaq tankerə PUA hücumu: Böyük yanğın başladı
Oman sahillərindəki yanacaq tankerə PUA - Oman sahillərindəki Salalah Limanında ciddi bir hadisə yaşanıb. Əldə edilən məlumatlara görə, limanda lövbər atmış bir yanacaq tankeri naməlum pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Hücum nəticəsində tanker vurulub və içindəki yanacaq partlayıb. Güclü partlayış gəminin alovlar içində qalmasına və ətrafda genişmiqyalı yanğının başlamasına səbəb olub.
Yanğının miqyası və yaratdığı təhlükə ciddi narahatlıq doğurur. Hadisə yerinə yanğınsöndürmə və xilasetmə briqadaları cəlb edilsə də, alovların hələ də tam nəzarət altına alınmadığı bildirilir.
Hücumu kimin törətdiyi və məqsədinin nə olduğu barədə hələlik heç bir rəsmi açıqlama verilməyib. Bölgədəki mövcud gərginlik fonunda bu cür hadisələr beynəlxalq dəniz təhlükəsizliyi üçün böyük təhdid mənbəyi kimi qiymətləndirilir.
Hadisə ilə bağlı əlavə təfərrüatların və aparılan araşdırmaların nəticələrinin yaxın gələcəkdə ictimaiyyətə təqdim olunacağı gözlənilir.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz