Trabzonsporun qələbə həsrəti davam edir
Trendyol Süper Lig'in 6-cı turunda Trabzonspor öz meydanında Qaziantep FK ilə 1-1 hesablı bərabərə qaldı. Bu nəticə ilə Trabzonspor'un qələbə həsrəti 3 oyuna yüksəldi.
Onanadan tarixi assist
Qarşılaşmanın ən diqqət çəkən məqamı Trabzonsporun qapıçısı Andre Onananın asist etməsi oldu. Andre Onana, Trabzonspor forması ilə evdə keçirdiyi ilk oyunda assist etməyi bacardı. İngiltərənin Manchester Yunayted klubundan icarəyə götürülən kamerunlu qolkiper, uzaq ötürməsi ilə Onuaçunu topla görüşdürdü və qolun başlanğıcını qoydu.
Onana'nın liqadakı ikinci asisti
Bu assist, Onana'nın liqa matçlarındakı ikinci asisti kimi tarixə düşdü. Kamerunlu qolkiper, 2017-ci ilin aprelində Ayaks forması ilə AZ Alkmaar komandasına qarşı oyunda da assist etmişdi. 29 yaşlı qolkiperin bu asisti dünya mediasında da geniş əks-səda doğurdu və sosial mediada minlərlə dəfə paylaşıldı.
Oxucu Şərhləri
Şərh Yaz