Osimhen-in zədəsi "Qalatasaray"ı narahat edir
"Qalatasaray" futbol klubunun gündəmində tək bir məsələ var: Viktor Osimhen. Nigeriya milli komandasının Konqo ilə oyununda zədələnən ulduz hücumçu dərhal İstanbula gəlib və vaxt itirmədən müayinədən keçib. Klub müayinənin nəticələrini açıqlayıb: "Futbolçumuz Viktor Osimhenin müayinəsində sol arxa əzələsində orta dərəcəli gərginlik (əzilmə və qanama) aşkar edilib və müalicəsinə başlanılıb." Bu xəbər azarkeşlər arasında narahatlığa səbəb olub: "Fənərbaxça derbisində oynayacaqmı?" Normal şəraitdə bu sualın cavabı "Xeyr" olardı. Lakin söhbət Osimhen-dən gedirsə, hər şey dəyişir.
Bir oyunu qaçıracağı dəqiqdir!
Çünki nigeriyalı ulduz eyni zədəni 8 dekabr 2024-cü ildə yaşamışdı. 16 dekabrda "Trabzonspor" ilə matçın 75-ci dəqiqəsində oyuna daxil olmuş, 22 dekabrda "Kayserispor" qarşılaşmasında ilk on birliyə daxil olaraq 2 qol vurmuşdu. Daxil olan məlumatlara görə, Osimhen şənbə günü keçiriləcək "Gənclərbirliyi" matçında iştirak etməyəcək, 25 noyabrdakı "Sent-Gilloise" matçının heyətində olacaq və 1 dekabrdakı Fənərbaxça derbisinə yetişəcək. Ulduz futbolçunun İstanbula qayıdarkən "Ağrın varmı?" sualına "Ciddi deyil" cavabını verməsi ümidləri artırır.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz