Galatasaray Osimhen Transferində Gərginlik
Galatasaray, Osimhen transferini tamamlamaq üçün dünən gecə saatlarına qədər fasiləsiz iş aparıb. Klub, bu razılaşmanı reallaşdırmaq məqsədilə bütün imkanlarını səfərbər edib. Danışıqlar zamanı Galatasaray rəsmisi Abdullah Kavukcu, Napoli nümayəndələri ilə aparılan müzakirələrə futbolçunun özünü də daxil edib.
Bank Zəmanəti Müqaviləni Dalana Dirəyib
Ulduz hücumçu ilə 15 milyon avro bonuslar daxil olmaqla ümumilikdə 25 milyon avroluq şəxsi razılaşma əldə olunsa da, “Cim Bom” italyan klubuna ilkin mərhələdə 15 milyon avro nağd ödəniş, qalan 60 milyon avronu isə dörd hissədə ödəməyi təklif edib. Ümumilikdə 75 milyon avro məbləğində ilkin razılaşmaya baxmayaraq, "Napoli" tərəfi bank zəmanəti məktubu tələb edib.
Bu gözlənilməz tələb danışıqları dalana dirəyib. Galatasaray, zəmanət məktubu əvəzinə, hər ay yaşanacaq gecikmə üçün faiz ödəmək təklifini irəli sürüb. “Napoli”nin bu məsələdə israr etməsinin səbəbi, 2014-cü ildə “Qalatasaray”a satdığı Dzemaili və Pandev transferlərinin ödənişlərini vaxtında ala bilməməsi olub. Onlar bu dəfə zəmanətdə qətiyyət göstəriblər.
Osimhen Müdaxilə Edir
Banklar Birliyi ilə olan razılaşmaya əsasən, 75 milyon avroluq zəmanət məktubunun alınması bir ay vaxt tələb edir və əlavə olaraq 1.5 milyon avro xərc yaradır ki, bu da rəhbərliyin planlarını pozub. "Napoli"nin sərt mövqeyi "Qalatasaray"ı çətin vəziyyətə salsada, vəziyyətə Osimhen özü müdaxilə edib. İtalyan mətbuatına görə, danışıqlar masasına görüntülü zənglə qoşulan nigeriyalı forvard, "Qalatasaraya getmək istəyirəm, asanlıq göstərin" deyərək tələbini qətiyyətlə bildirib.
Qeyd edək ki, Osimhenin 75 milyon avroluq sərbəst qalma bəndi dünən gecə saat 23:59-da başa çatıb. "Napoli" hazırda istədiyi qiyməti müəyyən edə bilər. Osimhen transferində azarkeşlərin səbirsizliklə gözlədiyi düyünün bu gün həll olunması gözlənilir.