İdman 10.07.2025

Osimhendən Napoli paylaşımına ani reaksiya

Osimhendən Napoli paylaşımına ani reaksiya

Sarı-qırmızı azarkeşlərin səbirsizliklə gözlədiyi Victor Osimhen transferi ilə bağlı danışıqlarda gecə saatlarında mühüm irəliləyişlər qeydə alınıb. İtaliyanın “Napoli” klubu ilə türk təmsilçisi arasında iki gündür davam edən təmaslardan hələlik nəticə əldə olunmayıb. İstanbul təmsilçisinin Osimhenin 75 milyon avroluq sərbəst buraxılma məbləğini hissə-hissə ödəmək istədiyini nəzərə alaraq, “Napoli” tərəfindən zəmanət məktubu tələb edilib.

“NAPOLİ”NİN TƏKLİFİ RƏDD ETMƏSİ İDDİASI

Proses davam edərkən, gecə yarısı Victor Osimhen-ə yaxınlığı ilə tanınan Buçi Laba sosial media hesabında “Napoli”nin İstanbul klubunun 75 milyon avroluq təklifini rədd etdiyini və İtaliya təmsilçisinin bu futbolçunu “Əl-Hilal”a satmağa cəhd etdiyini yazıb. Bütün bu qeyri-müəyyənliklər fonunda, İstanbul nəhənginin heyətinə qatmaq üçün səy göstərdiyi nigeriyalı hücumçu gecə saatlarında azarkeşləri həyəcanlandıran bir paylaşım edib.

QIZIYLA BİRLİKDƏ VİDEO PAYLAŞIMI

Nigeriyalı futbolçu çempionluq qeyd etmələrindən sonra 5 ulduzlu Qalatasaray forması ilə qızı ilə birlikdə “üçlü” çəkdirdiyi anı sosial şəbəkədə yayımlayıb. Osimhenin gecə yarısı etdiyi bu paylaşım sarı-qırmızı azarkeşləri transfer barədə olduqca həyəcanlandırıb. Qalatasaray oyunçu ilə razılığa gəlsə də, “Napoli” ilə 75 milyon avroluq sərbəst buraxılma maddəsinin ödəniş planı üzrə danışıqlarını davam etdirir.

24 saat