Futbol Azarkeşlərinin Beyni: Sərhədləri Aşan Aktivlik
Funksional maqnit rezonans tomoqrafiya (fMRI) texnologiyasından istifadə edən Şili alimləri, futbol matçları zamanı azarkeşlərin beyin fəaliyyətini tədqiq ediblər. Tədqiqatda, iki əzəli rəqib komandanın 20 ilə 45 yaş arasında olan 60 nəfər kişi azarkeşi iştirak edib.
İştirakçılara komandalarının rəqibə qol vurduğu və ya əksinə, qol buraxdığı anlar göstərilib. Alimlər, bu zaman beyində hansı bölgələrin aktivləşdiyini analiz ediblər. Nəticələr, azarkeşlərin komandası qol atdıqda beynin mükafat mərkəzinin işə düşdüyünü, rəqib komanda qol atdıqda isə idrak nəzarəti bölgəsi kimi tanınan ön sinqulat korteksinin (dACC) fəaliyyətinin azaldığını göstərib.
"Beyin Saniyələr İçində Dəyişir"
Tədqiqata rəhbərlik edən professor Fransisko Zamorano, rəqabətin beyin üzərində güclü təsir yaratdığını bildirib. Onun sözlərinə görə, rəqabət saniyələr içində beynin mükafat və nəzarət mexanizmlərini yenidən qurur. Komanda qalib gəldikdə mükafat dövrəsi güclənir, məğlubiyyət anında isə nəzarət siqnalları zəifləyir.
Zamorano bu vəziyyəti "paradoksal basqılama" adlandırır. Yəni insan bir hissini basdırmağa çalışdıqca, əksinə, həmin hissin daha da gücləndiyini ifadə edir.
Bu Yalnız Futbolla Məhdudlaşmır
Alimlərə görə, bu beyin reaksiyaları yalnız futbol üçün keçərli deyil. Eyni mexanizm, siyasi və ya ideoloji fanatizm kimi digər həddindən artıq bağlılıq növlərində də rol oynaya bilər. Bu tədqiqat, sosial kimlik və emosional bağlılığın bioloji əsaslarına işıq tutur.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz