Gündəm 29.06.2025

Özgür Özel və SPD Eurofighter-lara yaşıl işıq yandırdı

Özgür Özel və SPD Eurofighter-lara yaşıl işıq yandırdı

Beş İllik Gecikmədən Sonra Təsdiq

Türkiyənin yeni nəsil döyüş təyyarələri ehtiyacını qarşılamaq məqsədi ilə almaq istədiyi Eurofighter Typhoon qırıcılarının satışı üçün son təsdiq alındı. Son beş ildə uzanmış bir müddətə çevrilən bu müqavilənin yekunlaşmasında Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəlin Almaniya Müdafiə Naziri Peter Pistorius və Sosial Demokrat Partiyasının (SPD) həmsədri Lars Klingbeil ilə keçirdiyi görüşlər həlledici rol oynadı.

Satışı Əngəlləyən Səbəblər və Diplomatiya

Almaniya, İtaliya, İspaniya və Böyük Britaniyanın birgə istehsalı olan qırıcılardan 40 ədəd sifariş edən Ankaraya əvvəlcə razılıq verilməmişdi. Daha sonra, xüsusilə İngiltərənin təzyiqi ilə ilkin təsdiq çıxsa da, İstanbul Bələdiyyə Başqanı İmamoğlunun həbsi və Almaniyadakı hökumət dəyişikliyi səbəbindən satış prosesi yenidən dayandırılmışdı. Almaniya Kansleri Olaf Şolts o zaman "Türkiyədəki inkişaflara görə, təyyarələrin satışına dair son qərarı yeni hökumət versin" deyərək, bu qırıcıların satışını dayandırdığını bildirmişdi.

NATO Görüşmələri və Yeni Dönüş Nöqtəsi

Həmin təyyarələr iki partiya şəklində (20+20) təhvil veriləcək və yeni istehsal olunması planlaşdırılan Trance 5 seriyası qırıcılardır. Son NATO görüşmələri zamanı Prezident Rəcəb Tayyib Ərdoğan da Almaniya Kansleri və Xristian Demokrat İttifaqının (CDU) lideri Merz ilə bir araya gəlmiş və müsbət siqnal almışdı. Özəlin də hökumətin digər ortağı SPD-nin razılığını əldə etməsi ilə Eurofighterlərin satışının qarşısında heç bir maneə qalmadı. Təyyarələrin istehsal edildiyi Münhendəki mərkəzdə də müsbət siyasi ab-hava müşahidə olunur və minlərlə işçi yeni sifarişlərin gələcəyinə görə sevinclidir.

Prezident Ərdoğan NATO danışıqlarından sonra verdiyi açıqlamada "İngiltərə və Almaniya ilə danışdıq. İşlər və təmaslar davam edir. Bu mövzuda müsbət irəliləyişlər var" demişdi. Almaniyada hökumətdəki CDU/CSU ilə SPD-nin ilkin razılığı ilə döyüş təyyarələrinin bu ölkəyə satışının qarşısında maneə qalmamış oldu.

24 saat