Gündəm 21.11.2025

Pandemiya sonrası ən yoluxucu yayılma: Hazırıqmı

Pandemiya sonrası ən yoluxucu yayılma: Hazırıqmı
Şimal yarımkürəsində yeni bir mutasiyaya uğramış xəstəlik sürətlə yayılır. Yaponiya, Avstraliya və İngiltərə artıq bu epidemiyanın cənginə düşüb. Yaponiyada artan hallar səbəbilə ölkə daxilində epidemiya elan edilib, məktəblər bağlanıb. Avstraliyada isə xəstəlik rekord həddə çatıb. Avropa səhiyyə qurumları peyvəndin təsirsiz olduğunu və xəstəliyin 7 ayrı mutasiyaya uğradığını bildirib. Viryusun Avropa ərazisində sürətlə yayılması qaçılmazdır və Türkiyəyə keçməsi ehtimalı da böyükdür. İngiltərə erkən başlayan qrip dalğası ilə üzləşib. İngilis mətbuatı xəstəlik səbəbindən baş verə biləcək ölümlərə hazır olmaq barədə xəbərdarlıq edib. Mövsümi epidemiya kimi başlayan qrip virusu, peyvənd əleyhdarlığı və qlobal istiləşmənin təsiri ilə sürətlə dəyişib. ABŞ-da H3N2 virusu halları sürətlə artmağa başlayıb.

YAŞLILAR VƏ UŞAQLAR RİSK ALTINDADIR

H3N2 virusu infeksiyası atəş, öskürək, burun axması, taqətsizlik, əzələ ağrısı və üşütmə kimi tanınan qrip əlamətləri ilə özünü göstərir.

Qrip virusunun mutasiyaya uğramış xəstəlik növü olan bu xəstəlik, uşaqlar və yaşlılar üçün daha təhlükəli hala gəlir.

Həkimlər bildirirlər ki, viryusun yeni mutasiyaları səbəbindən o, immunitet sistemi tərəfindən digər viryuslara nisbətən daha yavaş məhv edilir. H3N2 virusu ilə yoluxma daha ağrılı keçir.

2017-ci il mövsümündə olduğu kimi, yüksək atəşdən sonra nəfəs darlığı və həddindən artıq su itirmək həyati təhlükəni artırır. Xəstələrin xəstəxanaya yerləşdirilməsi zəruri olur.

VİRUS DƏFƏLƏRLƏ MUTASİYAYA UĞRAYIB

Qışda başlayan qrip mövsümünün ağır keçməsinin səbəbi mövsümün erkən başlaması və viryusun keçən illə müqayisədə dəyişməsidir.

The Independent-a danışan Dr. Cüzeppe Araqona qeyd edib ki, uşaqların və yaşlıların əvvəlki illərdə "daha az xəstələnməsi bu ilki epidemiyanın şiddətini artırır".

O əlavə edib ki, soyuq havadan isti və qapalı iş sahələrinə daxil olan tələbə və işçilər epidemiyanın yayılmasını sürətləndirir.

Mütəxəssislər, yay aylarında 7 yeni mutasiyanın inkişaf etdiyini bildirib. Qlobal istiləşmə səbəbilə havanın immuniteti zəiflədəcək qədər soyuması, lakin viryusları və mikrobları donduracaq qədər soyuq olmaması mutasiyaların və epidemiyanın artmasına səbəb olub.

XƏSTƏXANALAR YÜK ALTINA DÜŞƏ BİLƏR

Dr. Araqona bildirib ki, yaşlı insanlar və digər xəstəlikləri olan şəxslər risk altındadır. Artan qrip halları xəstəxanalar üzərində böyük təzyiq yaradaraq vəziyyəti çətinləşdirə bilər.

Lakin Dr. Araqona, təşvişə düşməyə ehtiyac olmadığını, sadəcə diqqətli olmağın vacibliyini də vurğulayıb.

Onun fikrincə, peyvəndləmə və erkən diaqnoz ən təsirli qorunma yoludur. Bu addımların atılması halında mutasiyaya uğramış xəstəlik yayılmasına baxmayaraq risk böyük ölçüdə azaldıla bilər.

Mütəxəssislər, sağlam qidalanmanın da son dərəcə əhəmiyyətli olduğunu vurğulayırlar. Bədənin sağlam qalması H3N2 virusu kimi xəstəlik riskini böyük ölçüdə azaldır.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz