EDERSONLA BAĞLI QƏRAR
Rizəspor-Fənərbaxça qarşılaşmasından sonra 41-ci maddə ilə PFDK-ya göndərilən Ederson Moraeslə bağlı qərar qəbul edilib. Federasiyanın bəyanatında qeyd olunub ki, 32 yaşlı braziliyalı futbolçu cəzalandırılmayıb. Bu qərarla, Ederson dekabrın 1-də keçiriləcək Qalatasaray derbisində komandanın heyətində yer alarsa, meydana çıxmaq imkanı əldə edəcək.
Federasiyanın açıqlamasında deyilir:
"Həmin matçda Fənərbaxça A.Ş. klubunun oyunçusu EDERSON SANTANA DE MORAES haqqında rəqib komandanın azarkeşlərinə qarşı təhqiramiz hərəkətlərə görə qurumumuza yönləndirilsə də, irəli sürülən intizam pozuntusunun əlamətləri aşkar edilmədiyindən CƏZA TƏYİN OLUNMASINA EHTİYAC OLMADIĞINA qərar verilib."
ROLAND SALLAİ İKİ OYUNLUQ CƏZA ALDI
Qalatasaray-Gençlerbirliği oyununda birbaşa qırmızı vərəqə alan Roland Sallai iki oyunluq cəza ilə cəzalandırılıb. Macar futbolçunun cəzası ilə bağlı rəsmi bəyanat aşağıdakı kimidir:
"Həmin matçda Qalatasaray A.Ş. klubunun oyunçusu ROLAND SALLAİ-nin rəqib komandanın oyunçusuna qarşı kobud faul etməsi səbəbindən FDT-nin 43-cü maddəsinə uyğun olaraq 2 RƏSMİ OYUNDAN MƏHRUM EDİLMƏSİ qərarı verilib."

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz