Hertfordshire Polisinin 27 yaşlı məmuru Marcin Zielinski, 12 sentyabr 2024-cü ildə aparılan axtarış zamanı Lea-Ann Sullivanın siyirməsindən bir alt paltarı və tayt götürərək cibinə qoyarkən kameralar tərəfindən qeydə alınıb.
VƏZİFƏSİNDƏN İSTİFA ETMƏK MƏCBURİYYƏTİ
Hadisə Sullivanın başqa bir səbəblə nəzarətə alındığı zaman baş verib. Görüntülər ilk olaraq onun həyat yoldaşı Qrantın əlinə keçib. Bu biabırçı hadisə ictimailəşdikdən sonra Zielinski barəsində istintaq başlanılıb və polis zabiti vəzifəsindən istehfa verməyə məcbur olub.
Kembric Kral Məhkəməsi keçmiş polis zabitini oğurluq və xidməti vəzifəsindən sui-istifadə etməkdə təqsirli bilib. Zielinski 4 ay müddətinə azadlıqdan məhrum edilib.
"ÖZÜMÜ XƏSTƏ KİMİ HİSS EDİRƏM"
İki uşaq anası olan Sullivan yaşadığı travmanı belə ifadə edib:
"Bəzən ağladım, bəzən güldüm, bəzən isə çox qəzəbləndim. Davamlı olaraq 'Niyə götürdü? Nə edəcək? Daha əvvəl kimlərə bunu edib?' deyə düşünürəm."
Qadın, polis şöbəsində digər məmurların hüzurunda öz alt paltarlarını müəyyənləşdirmək məcburiyyətində qaldığını da açıqlayıb. Lakin ona göstərilən 15 parça arasında ona aid əşya tapılmayıb.
Yaşadığı hadisə səbəbilə bütün alt paltarlarını və siyirməsini zibilə atan Sullivan, verilən cəzanın kifayət qədər olmadığını müdafiə edib:
"Məncə bu cəza yetərli deyil, lakin ən azından qanunun digər tərəfini görməsini istəyirəm. İnsanların etibarından sui-istifadə edərək belə bir oğurluq edə bilməz."
Məhkəmə prosesləri ilə bağlı ətraflı məlumatı Vikipediyada tapa bilərsiniz.
Oxucu Şərhləri
Şərh Yaz