Maraqlı 01.12.2025

Putin Çinlilərə vizasız Rusiya yolu açdı – Meduza

Putin Çinlilərə vizasız Rusiya yolu açdı – Meduza

Rusiya Çin vətəndaşları üçün vizasız gediş-gəliş rejimini təsdiqlədi

Rusiya Prezidenti Vladimir Putin Çin vətəndaşları üçün vizasız gediş-gəlişi nəzərdə tutan fərmanı imzalayıb. Sənəd Rəsmi Hüquqi Məlumat Portalında dərc olunub.

Bu viza rejimi 2026-cı il sentyabrın 14-dək qüvvədə olacaq. Çin vətəndaşları Rusiyaya vizasız daxil olaraq ölkədə 30 günə qədər qala biləcəklər. Bu müddət ərzində onlar qonaq və ya işgüzar səfərlər, turizm, elmi, mədəni, ictimai-siyasi, iqtisadi, idman tədbirlərində iştirak, habelə tranzit keçid məqsədilə Rusiya Federasiyasından daxil olub çıxa bilərlər.

Fərmana əsasən, yeni qaydalar, xüsusən, Rusiyaya əmək (o cümlədən jurnalist) fəaliyyəti, təhsil almaq və ya daimi yaşayış üçün gələn Çin vətəndaşlarına şamil edilmir.

Pekin də viza rejimini yüngülləşdirir

Qeyd edək ki, 2025-ci il sentyabrın 15-dən etibarən Çin rusiyalılar üçün bir illik sınaq viza rejimi tətbiq edib. Ruslar Çin ərazisində vizasız 30 günə qədər qala bilərlər. Ölkəyə giriş üçün xarici pasport tələb olunur.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz