Görüşmənin Detalları
Alyaskadakı Elmendorf-Richardson hərbi bazasında baş tutan görüşmələr təxminən 3 saat davam edib. Bu, Trampın xüsusi avtomobilində liderlərin ikitərəfli danışıqlarını və sonra hər iki tərəfdən üç iştirakçının qatıldığı əsas müzakirəni əhatə edib. Görüşdə Rusiya Prezidenti Vladimir Putinə Prezident köməkçisi Yuri Uşakov və Xarici İşlər naziri Sergey Lavrov müşayiət edib. ABŞ tərəfindən isə Prezident Donald Trampın yanında Xüsusi Nümayəndə Stiv Vitkoff və Dövlət katibi Marko Rubio iştirak edibl.
Ukrayna Məsələsi və Təhlükəsizlik
Putin görüşmədən sonra keçirilən mətbuat konfransında iki ölkənin müzakirə etdiyi əsas mövzular arasında Ukrayna məsələsinin olduğunu bildirib. O, ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli üçün şəxsən səy göstərməsini "dəyərli" adlandırıb. Rusiya lideri, "Ukraynadakı vəziyyət, təhlükəsizliyimizə yönəlmiş əsas təhdidlərlə bağlıdır" deyərək, Rusiyanın səmimi olaraq Ukrayna müharibəsini sona çatdırmaq istədiyini vurğulayıb. O əlavə edib: "Həlli daimi və uzunmüddətli etmək üçün münaqişənin bütün əsas səbəblərini aradan qaldırmalıyıq. Bunu dəfələrlə demişik. Rusiyanın bütün qanuni narahatlıqları nəzərə alınmalı, Avropada və ümumiyyətlə dünyada ədalətli bir təhlükəsizlik balansı yenidən bərpa edilməlidir. Bu gün Prezident Trampın da dediyi kimi, təbii ki, Ukraynanın da təhlükəsizliyinin təmin edilməsi gərəkdiyi mövzusunda həmfikirik. Təbii ki, bunun üzərində işləməyə hazırıq".
Rus lider eyni zamanda ikitərəfli əlaqələrdə yeni bir səhifə açılması və əməkdaşlığın yenidən başlaması çağırışı edərək, Trampı Moskvaya dəvət edib.
Trampın Dəyərləndirməsi
ABŞ Prezidenti Donald Tramp isə görüşmədən sonra bir televiziya kanalına verdiyi müsahibədə, toplantıda bir çox mövzunun masaya qoyulduğunu, lakin rəsmi bir razılığa gəlinmədiyini bildirib. O, "Mənim tərəfimdən, bir razılaşma olana qədər razılaşma yoxdur. Lakin biz çox irəliləyiş əldə etdik" ifadələrini işlədib. Buna baxmayaraq, Tramp Putinin keçirdikləri zirvəni "10 üzərindən 10" olaraq dəyərləndirib və əlavə edib: "Zənnimcə, bir razılaşmaya olduqca yaxınıq. Lakin Ukraynanın da bunu qəbul etməsi lazımdır. Bəlkə də ‘xeyr’ deyəcəklər".
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz