Doktor
Pierdante Piccioni 2013-cü ildə keçirdiyi ciddi avtomobil qəzası nəticəsində beynində yaranan zədə səbəbindən həyatının 12 ilini əhatə edən
yaddaş itkisi yaşadı. O, huşunu bərpa etdikdə təqvimlər onun üçün hələ 2001-ci ili göstərirdi, halbuki dünya artıq 2013-cü ilə qədəm qoymuşdu.
Pier həmin günləri xatırlayaraq bildirib: "Uzun müddət yaşamağa bir səbəbim olmadığını düşündüm."
Qəzadan sonra həyat yoldaşı və övladlarını tanımayan o, texnoloji qurğulara təəccüblə baxırdı və artıq həyatının tamamilə fərqli bir istiqamət aldığını anlamışdı.
12 İL ƏVVƏLƏ DÖNÜŞ
Pierdante Piccioni qəzadan sonra huşunu bərpa edəndə ilk gördüyü şey xəstəxana tavanındakı intensiv ağ işıq oldu. Altı saatlıq
komadan sonra həmkarlarının gözləri ilə qarşılaşdı. Həkimlər ondan o günün tarixini soruşduqda, o, "25 Oktyabr 2001" dedi.
HƏMKARI FƏRQ ETDİ
Əlində iPad tutan bir həmkarı bu səhv anlaşılmanı ilk fərq etdirən detal oldu, çünki o illərdə iPad hələ icad edilməmişdi. Daha böyük şok isə həyat yoldaşını gördükdə yaşandı. 12 il əvvəldən xatırladığı gənc qadının yerində yaşlanmış, qırışları aydın görünən biri var idi. Ardınca qarşısına yetkin oğulları çıxdı, lakin onları tanımadı. O, "Siz kimsiniz? Mənim uşaqlarım haradadır?" deyə soruşdu.
NƏ ANASI, NƏ AİLƏSİ VARDI
Özünü hələ də 53 yaşında hesab edən o, əslində 65 yaşına çatmışdı. Anası artıq həyatda deyildi. Bir tərəfdən bədəninin yaşını, digər tərəfdən zamanın ona acımasızca nələr itirdiyini dərk etməyə çalışdı. Bu dəhşətli
yaddaş itkisi onu dərindən sarsıtmışdı.
HƏYATINA SON VERMƏYİ DÜŞÜNDÜ
Lakin bəlkə də ən çətin qarşılaşma, başqalarının onun keçmişdəki xarakteri haqqında danışdıqları idi. Yeni reallığı ilə təkbaşına qalan
Pier, özünü keçmişə aid, lakin indiyə yad biri kimi hiss etdi. Anası ölmüşdü, övladlarını tanımırdı, həyat yoldaşı ilə əlaqəsi kəsilmişdi. Bu geniş
yaddaş itkisi onun üçün böyük bir sınaq idi.
"Uzun müddət yaşamağa bir səbəbim olmadığını düşündüm. Özümü çox tənha hiss etdim. İntihar fikri ağlıma gəldi. Bu, mənim dünyam deyildi" deyir o dövrə dair.
DUYĞULARINI GÜNLÜYÜNƏ KÖÇÜRDÜ
Duyğularını, qorxularını, qaranlıq düşüncələrini günlüyünə köçürdü. Və yavaş-yavaş yeni həyatına alışdığını söyləyən o, həyat yoldaşı ilə yenidən tanış oldu. Bu tanışlıq haqqında isə bunları dedi:
"Otaqdan çıxarkən ona yenidən aşiq olduğumu anladım. Bəli, bu başqa bir versiya idi, amma yenə də mənim həyat yoldaşım idi."
Keçmişin kölgələrindən qurtulan o, artıq fərqli bir insan olduğunu söylədi. O əlavə etdi: "Bu dövr mənim üçün ikinci bir doğuşdur. Qaranlıqdan çıxdım. İndi yeni xatirələr toplayıram. Bununla fəxr edirəm."
24 saat