Frankowski Rennes'ə icarəyə verildi
Frankowski karyerasını Fransada davam etdirəcək
Qalatasaray Polşalı sağ cinah müdafiəçisi Przemysław Adam Frankowski'nin Rennes klubuna icarəyə verildiyini açıqlayıb. Ötən mövsümün ortasında Lens klubundan icarəyə gətirilən, daha sonra isə 7 milyon avroya transfer hüququ alınan 30 yaşlı futbolçu, gələn ili Fransada icarə əsasında keçirəcək.
Klubdan rəsmi açıqlama
Qalatasaray klubunun rəsmi internet səhifəsində bu barədə açıqlama yayımlanıb. Açıqlamada deyilir:
"Peşəkar futbolçu Przemysław Adam Frankowski’nin transferi mövzusunda Stade Rennes Football Club ilə rəsmi danışıqlara başlanılıb."
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz