Türkiyə Super Liqasının 14-cü turunda Fənərbağça derbi matçında öz meydanında Qalatasarayı qəbul edəcək. Qarşılaşma saat 20:00-da başlayacaq.
Qalatasaray azarkeşləri, Ali Sami Yen İdman Kompleksi RAMS Park Stadionunda toplanaraq bilet və təhlükəsizlik yoxlamasından sonra avtobuslara mindirildi. 30 avtobusla Kadıköyə yola düşən Qalatasaray azarkeşlərinə İdarə Heyətinin üzvü Bora Bahçetepe müşayiət etdi.
Sarı-qırmızılı azarkeşləri daşıyan avtobuslar saat 16:40 radələrində Kadıköyə çatdı.
Bora Bahçetepe: 3 xalı alıb qayıdacağıq
Fənərbağça səfərindən 3 xalla qayıdacaqlarına əmin olduqlarını bildirən Qalatasaray İdarə Heyətinin üzvü Bora Bahçetepe, “Bu, bizim dördüncü ilimizdir. 4 ildir oradan həmişə xoşbəxt qayıtmışıq. Yenə də azarkeşlərimizlə, futbolçularımızla, məşqçimizlə, rəhbərliyimizlə birlikdə gedirik. 3 xalı alıb qayıdacağımızdan ümidliyik, əminik. Qalatasaray sonda çempion olacaqdır. Qalatasarayın hədəfi hər zaman çempionluqdur. Çempion olmaq üçün də maneələri bir-bir aşaraq irəliləyirik. Yenə bu gün də 3 xalı alıb qayıdacağımıza əminəm”, - deyə bildirib.
Rəhbərlik dəyişikliyi gərginliyi azaltdı
Fənərbağçadakı rəhbərlik dəyişikliyinin gərginliyi bir qədər azaltdığını qeyd edən Bahçetepe, “Fənərbağçada bir rəhbərlik dəyişikliyi oldu. Bu rəhbərlik dəyişikliyi zənnimcə gərginliyi bir qədər azaltdı. Fənərbağça, Qalatasaray matçları yüksək tempdə, gərgin və atmosferli matçlardır. Mən 1978-ci ildən bəri matçlara gedən bir azarkeş olaraq həmişə belə düşünmüşəm. Buradan nə qədər sakit getsək də, stadiona oturanda, komandalar meydana çıxanda yenə də atmosfer yüksələcəkdir. Mənim bütün arzum, heç kimin canı yanmasın, heç kimin qanı axmasın, xəsarət olmasın. Hakim səhvi də olmasın. Biz qazanmağı hədəfləyirik. Qazanaq, 3 xalı alaq, gələk. Mənim gözləntim budur", - ifadələrini işlədib.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz