Qalatasaray Barış Alper Yılmaz üçün hərəkətə keçdi
Türkiyənin İstanbul şəhərini təmsil edən Qalatasaray klubu, futbolçusu Barış Alper Yılmaz ilə bağlı Səudiyyə Ərəbistanının NEOM klubuna rəsmi xəbərdarlıq göndərib.
Səudiyyə Ərəbistanı klubu Barış Alper Yılmaza illik təxminən 10 milyon avro məbləğində astronomik təklif edərək futbolçunun başını qarışdırıb. Bu vəziyyətlə əlaqədar olaraq, Qalatasaray klubu NEOM klubuna rəsmi xəbərdarlıq edib.
Qaydalar pozulur
Qalatasaray klubu, icazəsiz şəkildə futbolçu ilə görüşülməsi və futbolçunun fikirlərinin dəyişdirilməsinə görə Səudiyyə Ərəbistanı klubuna etirazını bildirib.
Qalatasarayın bu məsələ ilə bağlı açıqlaması aşağıdakı kimidir: "Klubumuz, futbol üzrə komandamızın yeni mövsümə hazırlıqlarını diqqətlə davam etdirir. Əsas məqsədimiz, həm Türkiyə Super Liqasında, həm də UEFA Çempionlar Liqasında ən güclü heyətlə mübarizə aparmaq və Qalatasaray ailəsinə yeni uğurlar qazandırmaqdır."
Bu plan çərçivəsində mövcud oyunçu qrupunu qorumaq, komandamızın sabitliyini təmin etmək və ehtiyac duyulan mövqelərə lazımi transferləri etmək prioritetlərimiz arasındadır.
Son günlərdə ictimaiyyətdə yer alan oyunçularımızla bağlı transfer xəbərlərini diqqətlə izləyirik. Heyətdəki hər bir oyunçumuz, klubumuz üçün dəyərli bir sərvətdir. Oyunçularımızın meydanda göstərdiyi töhfələrlə yanaşı, kluba bağlılıqları və mübarizələri bütün Qalatasaray azarkeşlərini sevindirir.
Təəssüflə qeyd etmək istərdik ki, dəfələrlə təklifləri rədd edilmiş olmasına baxmayaraq, bəzi klubların FİFA qaydalarını saymayaraq, müqaviləsi davam edən oyunçularımızın nümayəndələri ilə icazəsiz görüşlər keçirdikləri aşkar edilib. Bu cür təşəbbüslər, futbolun etik dəyərlərinə və beynəlxalq qaydalara açıq şəkildə ziddir.
Qalatasaray klubu, oyunçularımızın iradəsini və rahatlığını pozmağı hədəfləyən bu cür qeyri-etik davranışlara qarşı susqun qalmayıb və müvafiq qurumlara lazımi xəbərdarlıqlar göndərilib. Bu prosesin ən qəti şəkildə izləyicisi olacağımızı vurğulamaq istərdik.
Bütün azarkeşlərimiz əmin olsunlar ki, Qalatasaray heyətini qorumaqla yanaşı, daha da gücləndirmək üçün səylərini qətiyyətlə davam etdirəcəkdir."
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz