"Qalatasaray"da köstəbək axtarışı: İlk onbirliyin sızması klubda narahatlıq yaradıb
Super Liqanın 14-cü turunda "Fənərbaxça"nın qonağı olacaq "Qalatasaray" komandasında ilk onbirliyin mətbuata sızması ilə əlaqədar köstəbək axtarışına başlanılıb.
Klub daxilində köstəbək ovuna başlanılıb
TV100 kanalında "Qalatasaray"da yaşanan köstəbək böhranı ilə bağlı danışan Haluk Yürekli "Qalatasaray"da köstəbək ovunun başladığını bildirib. Onun sözlərinə görə, klubun təlim-məşq bazasından məlumatların və ilk onbirliyin sızması rəhbərliyi ciddi narahat edir.
Bir müddətdir ki, oyunlardan əvvəl ilk onbirliyin mətbuata sızması "Qalatasaray" klubunda narahatlığa səbəb olmuşdu.
İddia edilən ilk onbirlik
"Qalatasaray"ın "Fənərbaxça" səfərində meydana çıxaracağı iddia edilən ilk onbirliyin tərkibi isə belədir:
Uğurcan Çakır, Barış Alper Yılmaz, Davinson Sançez, Abdülkerim Bardakcı, Kazımcan Karataş, Lukas Torreira, Mario Lemina, İlkay Gündoğan, Leroy Sane, Yunus Akgün, Viktor Osimhen.
Derbi qarşılaşması
"Fənərbaxça" ilə "Qalatasaray" komandaları qarşıdakı cümə günü Kadıköy Şükrü Saracoğlu stadionunda üz-üzə gələcək.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz