İdman 23.11.2025

Qalatasaray derbi öncəsi itki ilə üzləşə bilər

Qalatasaray derbi öncəsi itki ilə üzləşə bilər

Qalatasaray, Trendyol Super Liqanın 13-cü turunda evində 1-0 geriyə düşdüyü Gənclərbirliyi komandasını 3-2 hesabı ilə məğlub etsə də, zədələr sarı-qırmızılıların əhvalını korladı.

Uilfred Sinqonun zədəsi

Beşiktaş derbisində aldığı zədədən sonra uzun müddət yaşıl meydanlardan uzaq qalan Uilfred Sinqo, Gənclərbirliyi matçında yenidən zədələndi və ilk hissədə oyundan çıxmaq məcburiyyətində qaldı. Okan Buruk matçdan sonra verdiyi açıqlamada, "Sinqonun vəziyyəti pis görünür" ifadələrini işlətmişdi. Müdafiəçinin ən azı 1 ay meydanlardan uzaq qalacağı gözlənilir.

Uilfred Sinqo ilə bağlı Qalatasaraydan verilən açıqlamada deyilir: "Trendyol Super Liqanın 13-cü turunda dünən oynanılan Gənclərbirliyi matçında aldığı zədə səbəbindən oyundan çıxan Uilfred Sinqonun sol arxa əzələ qrupunda tip 2 C strain (gərginlik və qanama) aşkarlanıb və müalicəsinə başlanılıb."

Lemina Çempionlar Liqasına hazırdır

Digər tərəfdən, Gənclərbirliyi matçında zədələnərək oyundan çıxan Leminanın isə ciddi bir probleminin olmadığı öyrənilib. Qabonlu futbolçu matçdan sonra verdiyi açıqlamada, "Özümü yaxşı hiss edirəm. Çempionlar Liqası üçün hazıram" deyib.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz