"Olimpiya Stadionu final üçün ən uyğun yer deyil" - Dursun Özbekdən Süper Kupa açıqlaması
Qalatasaray rəhbəri Dursun Özbek Futbol A komandasının forma sponsorluğu müqaviləsinin imza mərasimində danışıb. Süper Kupa finalının keçiriləcəyi Atatürk Olimpiya Stadionu ilə bağlı da açıqlamalar verən Özbek, "Yerlə bağlı şübhələrim var" deyib.
Süper Kupa matçı Şanlıurfada keçirilə bilər
Dursun Özbekin açıqlamaları aşağıdakı kimidir:
"Süper Kupa finalının Olimpiya Stadionunda təşkil olunacağı barədə mənə məlumat daxil olmayıb. Olimpiya Stadionunun final üçün ən uyğun yer olduğuna dair şübhələrim var. Şanlıurfada yarımçıq qalan bir final var. O dövrdə Şanlıurfadakı azarkeşlərimiz, qardaşlarımız bizi izləmək üçün böyük maraq göstərmişdilər. Final oynanılmadı. Ola bilsin ki, həmin dövrdəki yarımçıq hekayəni bu il tamamlaya bilərik. Əgər bu təklif Türkiyə Futbol Federasiyasından gələrsə, müsbət yanaşıram. Orada yarımçıq qalan bir hekayə var. Dəyərli Şanlıurfa sakinlərini bu şəkildə məmnun etmiş olarıq. Cəmiyyətlərin bir-birinə inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir, amma qərar verən TFF olacaq, onların qərarlarına hörmət edəcəyik."

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz