Türkiyə Basketbol Federasiyası (TBF) Qalatasaray klubunu cərimələyib.
## Klubun cərimələnməsinin səbəbiTBF Disiplin Qurulunun qərarına əsasən, Türkiyə Sığorta Basketbol Super Liqasının 2-ci həftəsində, oktyabrın 3-də baş tutan "Qalatasaray MCT Technic" - "TOFAŞ" görüşündə azarkeşlərin yaratdığı xoşagəlməz və pis davranışlar cəriməyə səbəb olub.
## Tətbiq edilən cərimənin məbləği açıqlanıbBu səbəbdən Qalatasaray idman klubuna 90 min lirə məbləğində pul cəriməsi tətbiq olunub. Federasiya bu qərarı rəsmi internet səhifəsində yayımlayıb.
Oxucu Şərhləri
Şərh Yaz