Barış Alper Yılmaz böhranı "Qalatasaray"da dərinləşir
"Qalatasaray"da Barış Alper Yılmaz ətrafında yaranan gərginlik yeni mərhələyə qədəm qoyub. Səudiyyə Ərəbistanından gələn yüksək məbləğli təklifin rədd edilməsi futbolçunun narazılığına səbəb olub. Barış Alper Yılmaz bu səbəbdən klub rəhbərliyinə ultimatum verərək son məşqlərə qatılmayıb.
Okan Burukdan Barış Alper Yılmaz addımı
Super Liqanın növbəti turunda "Kayserispor" ilə qarşılaşacaq "Qalatasaray"da hazırlıqlar davam edir. Bütün komanda məşqə çıxsa da, Barış Alper Yılmaz və baş məşqçi Okan Buruk məşqdə iştirak etməyiblər. Təcrübəli məşqçi Okan Burukun Barış Alper Yılmazı toplantı üçün Kəmərburgaz Tesislerinə dəvət etdiyi bildirilir.
"Qalatasaray"ın "Kayseri"yə uçuşu öncəsi iki tərəf arasında baş tutacaq görüşdə Barış Alper Yılmazın komanda ilə birlikdə "Kayseri"yə gedib-getməyəcəyi və gələcəyinə dair qərarlar müzakirə olunacaq.
Görüşdən sonra Barış Alper Yılmazın məşqə çıxmamaq qərarı aldığı və texniki heyətin 25 yaşlı oyunçunu "Kayseri"yə aparmayacağı öyrənilib.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz