İdman 03.08.2025

Qaziantep FK-dan türk hakimlərə çağırış

Qaziantep FK-dan türk hakimlərə çağırış

Qaziantep FK hazırlıqları davam edir

Türkiyə Super Liqasının ilk turunda öz meydanında Qalatasaray ilə qarşılaşacaq olan Qaziantep FK hazırlıqlarını davam etdirir. Baş məşqçi İsmet Taşdemirin rəhbərliyi altında dünən keçirilən məşqə klub rəhbərləri və azarkeşlər də qatılıb. Azarkeşlər texniki heyətə, futbolçulara və klub prezidenti Memik Yılmaza sevgi göstərib. Təxminən 1 saat 30 dəqiqə davam edən məşq isinmə və koordinasiya çalışmaları ilə başlayıb. Məşq öncəsi Qaziantep Futbol Klubunun prezidenti Memik Yılmaz açıqlamalar verib.

"Rəqib fərq etmir"

Qaziantep Futbol Klubunun prezidenti Memik Yılmaz yeni mövsümdə azarkeşlərin dəstəyini gözlədiklərini ifadə edib. Super Liqanın ilk turunda Qalatasaray ilə qarşılaşacaqları oyun ilə əlaqədar da qalib gəlmək istədiklərini qeyd edən Yılmaz, "Azarkeşlərimizi çox sevirik. Onlar bizim üçün çox önəmlidir. İnşallah, tamaşaçı sayını daha da artıraraq davam etmək istəyirik. İlk oyun Qalatasaray ilədir. Bizim üçün heç fərq etmir. Nəticədə Qalatasaray, Fənərbaxça, Beşiktaş və Anadolu komandaları daxil olmaqla hamısı bizim üçün eynidir. Hər kəs meydana qalib gəlmək üçün çıxır. Biz də əlimizdən gələni edəcəyik", - deyib.

"Türk hakem istəyirik"

Keçən mövsüm zaman-zaman oyunsonu açıqlamalarında Türkiyəli hakimlərin performanslarına etiraz edən Memik Yılmaz, yeni mövsüm ilə əlaqədar xoş arzularını bildirərək, hakimlərin türk olmasını istədiklərini söyləyib.

Yılmaz, transfer işləri üçün səylərini davam etdirdiklərini ifadə edərək, "İlk öncə yeni mövsüm türk futbol camiasına xeyirli olsun. Qəzasız-bəlasız bir mövsüm diləyirəm. Yeni mövsümdə türk futbolu adına gözləntilərimiz yüksəkdir. Hakimlərimizin türk olmasından tərəfdarıq. Biz övladlarımızdan yanayıq. Təbii ki, günümüz şərtlərində futbol bir iqtisadiyyatdır. Yaxşı olsun deyə biz də özümüzə uyğun şəkildə şəhərimizə və komandamıza yaraşır bir şəkildə transferlərimizi etdik. Bir-iki transferimiz var. İnşallah, mövsüm başlamadan və ya transfer müddəti bitmədən onları da komandamıza qatacağıq. Hər zaman üçün bütün komandaların çempion olma xəyalları vardır. Biz də əlimizdən gələnin ən yaxşısını edib komandamızı yaxşı yerlərə gətirməyə çalışacağıq. Könül istər ki, Qaziantep FK çempion olsun", - deyə bildirib.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz