"Qızıl Tac" sistemi Rusiyadan xaricə pul köçürmələrinə məhdudiyyət qoyub
Rusiyanın tanınmış pul köçürmə xidməti olan "Qızıl Tac" (Zolotaya Korona) xarici ölkələrə edilən əməliyyatlara ciddi məhdudiyyətlər tətbiq edib. Şirkətin bu qərarı Gürcüstan və Qazaxıstan da daxil olmaqla, bir sıra istiqamətlərə pul köçürmələrinin tamamilə dayandırılmasına səbəb olub.

Bu addımın əsas səbəbi Avropa İttifaqının Rusiyanın maliyyə sisteminə qarşı tətbiq etdiyi yeni sanksiyalar paketidir. Hazırkı dövrə qədər təxminən 100-ə yaxın Rusiya bankı beynəlxalq sanksiya siyahısına əlavə edilib ki, bu da həmin maliyyə qurumlarının işini ciddi şəkildə çətinləşdirib.
"Qızıl Tac" ilə yanaşı, "Sifra Bank" da oxşar problemlərlə qarşılaşıb və bir çox istiqamətlər üzrə tranzaksiyaları icra etməyi dayandırıb. Yaranmış vəziyyət Rusiyadan xaricə vəsait göndərmək istəyən şəxslər üçün yeni logistik və maliyyə maneələri formalaşdırıb.
Mütəxəssislər hesab edirlər ki, sanksiyaların təzyiqi artdıqca, Rusiyada fəaliyyət göstərən digər pul köçürmə sistemləri də oxşar addımlar ata bilər. İstifadəçilərə alternativ ödəniş üsullarını nəzərdən keçirmələri və maliyyə risklərini diqqətdə saxlamaları tövsiyə olunur.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz