17 MİLYON İNSAN HEÇ EVLƏNMƏYİB
İran Gənclər və İdman Nazirinin müavini Əli Rza Rəhimi dövlət televiziyasına verdiyi açıqlamada bildirib ki, 45 yaşdan yuxarı kişilərin 14 faizi, qadınların isə 4 faizi heç evlənməyib. 45 yaşından aşağı olanlarda mənzərə daha diqqətçəkicidir: 9,5 milyon kişi və 7,5 milyon qadın hələ də subaydır. Rəhimi bu meylin getdikcə artdığını vurğulayaraq, evlilik münasibətlərini təşviq etmək üçün ölkə üzrə 1.500 evlilik məsləhət mərkəzinə lisenziya verildiyini, keçən il isə 9 min 800 evliliköncəsi seminarın təşkil edildiyini qeyd edib.
EVLİLİK ÜÇÜN 4 ƏSAS MANEƏ
İranlı mütəxəssislərin fikrincə, evlilik önündəki ən böyük maneələr bunlardır:-İqtisadi problemlər
-Özgüvən çatışmazlığı
-Qadınlarda feminist yanaşmaların güclənməsi
-Kişilərdə məsuliyyətdən qaçma meyili
Bu səbəblər, gənclərin evlilikdən uzaqlaşmasına və cəmiyyətdə subaylıq hallarının sürətlə artmasına səbəb olur. 2024-cü ilin məlumatlarına görə, İranın əhalisi 90 milyona çatıb. Lakin artan subay sayı, ölkənin demoqrafik gələcəyi baxımından ciddi müzakirə mövzusu halına gəlib.
Oxucu Şərhləri
Şərh Yaz