İdman 09.08.2025

Qorxulan baş verdi, pis meydan zədəyə səbəb oldu, idmançının çarpaz bağları qırıldı

Qorxulan baş verdi, pis meydan zədəyə səbəb oldu, idmançının çarpaz bağları qırıldı

Səhə keyfiyyəti futbolçunun zədələnməsinə səbəb oldu

Türkiyə Super Liqasının açılış matçında Qaziantep FK öz meydanında son çempion Qalatasarayla qarşılaşıb. Sarı-qırmızılıların 3-0 hesabı ilə başa vurduğu matçın ilk hissəsində baş verən bədbəxt zədə oyuna kölgə salıb.

Matçdan əvvəl sosial mediada yayılan Qaziantep Böyükşəhər Bələdiyyə Stadionunun pis səthi ilə bağlı xəbərlər özünü doğruldub.

Oyunçu səhədən daşınıb

Qaziantep FK-nın futbolçusu Mbakata səthin pis vəziyyəti ucbatından zədələnib. Səthin qurbanı olan və dizindən xəsarət alan oyunçu yerə yıxılıb və oyunu davam etdirə bilməyib. Birbaşa xəstəxanaya aparılan oyunçu ilə bağlı xoşagəlməz xəbər yayılıb.

Qaziantep FK-da ilk hissədə zədələnərək səhəni tərk etmək məcburiyyətində qalan Mbakatanın ön çarpaz bağlarında qopma şübhəsi olduğu açıqlanıb.

27 yaşlı müdafiəçinin aldığı zədədən sonra sosial mediada səhənin vəziyyətinə laqeyd yanaşılmasına böyük hiddət ifadə olunub.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz