Reklam lövhəsinə çırpıldı
Həftəsonu liqa matçında rəqib oyunçu Çjanq Çjisionq tərəfindən itələnən Asamoah, başı ilə əvvəlcə meydanın kənarındakı LED reklam lövhəsinə dəyib. Boyun nahiyəsində ciddi sınıqların yarandığı futbolçu dərhal xəstəxanaya çatdırılıb.
İflic riski ilə üz-üzə
Quansi Pinqquo klubu hadisədən bir gün sonra yaydığı rəsmi açıqlamada Asamoahın boyun fəqərələrində çoxsaylı sınıqlar olduğunu və sinir zədəsinin ciddi olduğunu bildirib. Açıqlamada oyunçunun "yüksək səviyyəli paraplegiya", yəni bədənin aşağı hissəsində tam hərəkət itkisi riski daşıdığı qeyd olunub.
Əməliyyat keçirdi, vəziyyəti stabildir
Asamoahın əməliyyata alındığı və uğurlu əməliyyat keçirdiyi bildirilib. Klub vəziyyəti belə şərh edib:
“Oyunçumuzun səhhəti hazırda stabildir. Bərpa prosesi və detallar gələcək günlərdə aparılacaq müayinələrdən sonra ictimaiyyətə açıqlanacaqdır.”
Rəqibinə yalnız sarı vərəqə
Futbolçunun bu dərəcədə ağır zədə almasına səbəb olan rəqib oyunçu Çjanq Çjisionqun hakim tərəfindən yalnız sarı vərəqə ilə cəzalandırılması böyük etiraz doğurub.
Avropadan Çinə uzanan karyera
Samuel Asamoah futbol karyerasının böyük hissəsini Belçikada keçirib, 2024-cü ildə Çinə transfer olub. Toqo milli komandasında 6 dəfə forma geyən Asamoah, fiziki gücü və enerjili oyun tərzi ilə tanınırdı.
Oxucu Şərhləri
Şərh Yaz