Şou 02.12.2025

Rapçi Ezhel Alman vətəndaşlığını aldı

Rapçi Ezhel Alman vətəndaşlığını aldı

Haqqında çoxsaylı iddiaların irəli sürülməsindən sonra Türkiyədən ayrılaraq Almaniyanın paytaxtı Berlinə yerləşən Ezhel (Sərcan İpəkçioğlu) musiqi karyerasını xaricdə davam etdirirdi. Məşhur repçi son konsertində Almaniya vətəndaşlığını aldığını açıqlayıb.

Vətəndaşlıq prosesinin başa çatdığını bildirən Ezhel səhnədə "Ötən həftə vətəndaş oldum" ifadələrini işlədib. Ezhelin yeni vətəndaşlıq elanına pərəstişkarları alqışlarla cavab veriblər.

Qürbətin Ağrısı Heç Nəyə Bənzəməz

Ezhel ötən həftə qatıldığı bir radio proqramında Türkiyədən köçməyə məcbur qalmasaydı, həyatında nələrin fərqli ola biləcəyi sualına yaşadığı bir misalla cavab verib.

Almaniyada sosial həyatının daha azad olduğunu vurğulayan repçi deyib: "Türkiyədə həyəcanlı bir kütlə var. Məsələn, Ayasofya və Yerebatan Sarnıcını iki cangüdənlə gəzmişdim. Sarnıcda 300 nəfərlik tələbə qrupu, başlarında isə iki müəllim var idi. Uşaqlardan biri məni görən kimi hamısı qışqırmağa başladı, müəllimlər şoka düşdü. Təhlükəsizlik əməkdaşları "Bir şeymi var?" deyərək aşağı endilər. Mən çölə çıxdım, uşaqlar yola baxmadan üstümə atılırdılar. Oranın atmosferini yaşamaq fərqli olardı."

Yeni Almaniya vətəndaşlığını qazanmış sənətçi, ölkəsinə gələ bilməməyin çətinliyindən də söz açıb: "Dərdim, albomum buraya çox aiddir; buradakı dərdlərim. Burada da çox xoş bir sosial həyatım var; küçələrdə gəzə bildiyim, tədbirlərə qatıla bildiyim, sosial olaraq daha rahatam burada. Bu mənada üstünlükdür, lakin qürbətin ağrısı heç bir şeyə bənzəməz."

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz