Real Madrid Yan Diomande uğrunda mübarizəyə qoşuldu: 100 milyon avroluq təklif
Madridin "Real" klubu transfer bazarında gözlənilməz bir gediş edərək, "Leyptsiq"in gənc istedadı Yan Diomande üçün rəsmi müraciət edib. İspaniya nəhənginin bu transfer üçün 100 milyon avroya yaxın büdcə ayırdığı vurğulanır.

Daha öncə İngiltərənin "Liverpul" klubunun əsas hədəflərindən biri kimi tanınan Diomande üçün "Real Madrid"in bu addımı Avropa mediasında geniş rezonans doğurub. Məlumatlara görə, "Leyptsiq" rəhbərliyi ilk təklifi qəbul etməyib.
Mənbələrin bildirdiyinə görə, "Real Madrid" oyunçunu transfer etməkdə olduqca israrlıdır. İlk təklifin geri çevrilməsinə baxmayaraq, tərəflər arasında danışıqların davam edəcəyi və ortaq nöqtənin tapılacağına dair gözləntilər yüksəkdir.
Bu transfer yarışında adı çəkilən digər bir nəhəng isə Londonun "Arsenal" klubudur. İngiltərə təmsilçisinin prosesi yaxından izlədiyi və "Real Madrid"in yüksək təklifindən sonra öz strategiyasını yenidən nəzərdən keçirdiyi qeyd olunur.
Yan Diomande hazırda Bundesliqanın ən perspektivli futbolçularından biri sayılır. Onun transferi ilə bağlı yaxın günlərdə daha ətraflı məlumatın veriləcəyi gözlənilir.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz