Real Madrid Yan Diomande üçün 100 milyon avro təklif edib
İspaniyanın nəhəng təmsilçisi "Real Madrid" 2026-cı il dünya çempionatında parlaq çıxışı ilə diqqət çəkən Yan Diomandeni heyətinə qatmaq üçün hərəkətə keçib. Məlumatlara görə, Madrid klubu gənc istedadın transferi üçün 100 milyon avro məbləğində rəsmi təklif göndərib.

Hazırda futbolçunun şərəfini qoruduğu "Leyptsiq" ilə danışıqlar prosesi davam edir. Martin Demikelisin çalışdırdığı Almaniya klubunun bu keçidə isti yanaşdığı və tərəflərin razılığa gəlmək üzrə olduğu bildirilir.
Yan Diomande dünya çempionatındakı uğurlu oyunu ilə Avropanın bir çox aparıcı klublarının maraq dairəsinə düşüb. Onun meydandakı sürəti və rəqib müdafiəçilər üçün yaratdığı ciddi təhlükə futbol mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir.
"Real Madrid"in bu addımı komandanın hücum potensialını artırmaq və gələcək mövsümlər üçün daha güclü heyət formalaşdırmaq niyyətindən xəbər verir. Klub rəhbərliyi Vinisius Juniorun tələblərini nəzərə alaraq, heyətə yüksək səviyyəli yeni oyunçular cəlb etməyə çalışır.
Transfer bazarında böyük maraqla qarşılanan bu danışıqların yaxın günlərdə yekunlaşacağı gözlənilir. Diomandenin "Santyaqo Bernabeu"ya transferi cari transfer pəncərəsinin ən əhəmiyyətli hadisələrindən biri kimi dəyərləndirilir.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz